PDF Oxu

Siyasət

  • 26

Mərkəz sədri: “Dünya birliyi münaqişənin sülh yolundan başqa həllinin olmadığını bildirəcək qədər ədalətsizdir”

Mərkəz sədri: “Dünya birliyi münaqişənin sülh yolundan başqa həllinin olmadığını bildirəcək qədər ədalətsizdir”

"Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanı separatçılıqdan əziyyət çəkən ölkələr sırasına daxil etməsi 20 il geciksə də, əlbəttə təqdirə layiqdir. Nəhayət Avropa Şurası Azərbaycan reallığını müəyyən qədər dərk etməyə başladı". Bu fikirləri SİA-ya açıqlaması zamanı Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.Mərkəz sədrinin sözlərin görə, Avropa Şurası mahiyyət etibarı ilə bu məsələ ilə bağlı Ermənistanın qarşısına müəyyən tələblər qoya bilər, amma bu ümumən Avropa İttifaqının məsələyə münasibəti çərçivəsində onların mənafeyinə cavab vermir: "Bilirik ki, sadəcə Avropa Şurası yox, digər beynəlxalq təşkilatlar, hətta Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün vasitəçi missiyasını üstlənən ATƏT Minsk qrupu da Azərbaycana münasibətdə ikili standartlarla hərəkət edir. Burada Avropa dövlətlərinin və beynəlxalq təşkilatların beynəlxalq hüquq çərçivəsində deyil, geosiyasi maraqları çərçivəsində hərəkət etdiklərini demək mümkündür. Avropa və beynəlxalq təşkilatlar sadəcə özlərinin milli mənafeyi hər hansı təhlükə ilə qarşılaşdığında beynəlxalq hüquq normalarını tətbiq edir. Günümüzün reallığı budur. ABŞ və NATO çərçivəsində avropalı müttəfiqləri dünyanın hər hansı bölgəsində onların mənafelərinin sadəcə zədələndiyi zaman deyil, zədələnmə ehtimalı olduğunda belə hərbi əməliyyatlar keçirməkdə özlərini haqlı görsələr də, Dağlıq Qarabağ probleminin həll edilməsinin sülh yolundan başqa yolunun olmadığını bildirəcək qədər ədalətsizdirlər".

sia.az

Digər xəbərlər