PDF Oxu

Siyasət

  • 27

“Ermənistan heç bir hüquqa, ədalətə uyğun olmayan addımlar atır”

“Ermənistan heç bir hüquqa, ədalətə uyğun olmayan addımlar atır”

"Hesab edirəm ki, Ermənistan tərəfi BMT-nin Azərbaycanla bağlı 4 qətnaməsini yerinə yetirmədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda snayperlərin geri çəkilməsi məsələsini ortalığa ata bilməz". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGM) sədri, hərbi eskpert Emin Həsənli erməni tərəfinin iddialarına münasibət bildirərkən deyib.Emin Həsənlinin sözlərinə görə, Azərbaycanın bütün əraziləri boşaldılmalı, bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarına qayıtmalıdır: "Beləcə, Dağlıq Qarabağa Azərbaycanın tərkibində status verilməli və münaqişə məsələsi həll olunmalıdır. Bu gün işğalçı ölkə tərəfindən Azərbaycana zərər vurulmasına baxmayaraq, hələ də onlara ən böyük güzəştimiz danışıqların aparılmasıdır. İşğalçı ölkə bu gün beynəlxalq ictimaiyyəti çaşdırmaqla onların diqqətini özlərinə cəmləyib. Məhz buna görə də onlar bu cür sərsəm fikirlərlə çıxış edirlər. İndiyədək Ermənistan heç bir hüquqa, ədalətə uyğun olmayan addımlar atır. Ermənistan müstəqil dövlət deyil, eyni zamanda bütün bu provokasiya xarakterli əməlləri ilə münaqişədən fikri yayındırmağa çalışır. Hazırda bu dövlət iqtisadi və hərbi böhran məngənəsində çırpınır".Qeyd edək ki, erməni tərəfi iddia edir ki, dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda snayperlərin geri çəkilməsi məsələsi qaldırılsa da, Azərbaycan tərəfi bunu rədd edib.

sia.az

Digər xəbərlər