"Bu gün cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi ilk and içməsindən düz 11 il keçdi". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev öz "facebook" səhifəsində məlumat paylaşıb. Həmin məlumatı diqqətinizə çatdırırıq:"Prezident İlham Əliyev son 11 ildə qurub- yaratdıqları, Azərbaycanımızı regionda sözün əsl mənasında müstəqil və lider dövlətə çevirməsi, bütün sədləri qıraraq Ramil Səfərovu dəmir barmaqlıqlar arasından qurtarıb gətirməsi, Mübariz İbrahimovun nəşini ermənilərdən zorla alaraq böyük güclərin təpkilərinə rəğmən, ona Milli Qəhrəman adı verməsi, darda olan neçə-neçə soydaşımızın dadına çatması, əksər bayramları və hətta özünün ad günlərini belə əhalinin sosial baxımdan həssas təbəqəsinin arasında keçirməsi və ən əsası Dağlıq Qarabağ məsələsində qəti və prinsipial mövqeyi ilə ( bunun üçün sadəcə bir faktı-Türkiyəni Ermənistanla sərhədlərini açmağa zorlayan Barak Obamanın görüşmək təklifini rədd etməsini xatırlatmaq yetər) göstərdi ki, dövlət başçısı andının arxasındadır. Prezidentimiz "Xalqıma ləyaqətlə xidmət edəcəm" -demişdi. Bu gün də bütün etdikləri ilə sözünün arxasında olduğunu göstərir".
sia.az