PDF Oxu

Siyasət

  • 36

AVCİYA bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirir

AVCİYA bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyətini genişləndirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 23 dekabr 2014-cü il tarixində keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyətini daha da genişləndirir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Assosiasiya 23 dekabr 2014 -ci il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı namizədlərin irəli sürülməsi, onların MSK-ya müraciətləri, imza toplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki ilə bağlı qanunverici baza, bələdiyyə seçkiləri ərəfəsində ölkədəki siyasi mühit, MSK, DSK və MnSK- ların fəaliyyəti, təşviqat kampaniyası, seçki prosesi ilə bağlı qanun pozuntuları və seçki gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyətin icrasına başlayıb. AVCİYA Seçki Qərargahı gələn həftədən regionlarda seçici fəallığının artırılması üçün seminarlara və müşahidəçilər üçün treninqlərə start verəcək. Regionda keçiriləcək tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və digər təlimçilər iştirak edəcəklər. Fəaliyyət Praqramına uyğun olaraq 23 oktyabr- 15 dekabr 2014-cu il tarixləri əhatə edən aralıq hesabat hazırlanıb ictimaiyyətə təqdim ediləcək. Bələdiyyə seçkiləri günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin hesabat dekabr ayının 24-də, yekun hesabat isə 13 yanvar 2015- ci il tarixinə kimi açıqlanacaq. Yekun rəyin azərbaycan və ingilis dillərində kitab şəkilində nəşri də planlaşdırılır. Bu ilki bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri günü 40 DSK üzrə 1000 məntəqədə müşahidə aparmağı planlaşdırır.Qeyd edək ki, AVCİYA Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş bütün seçkilərin və referndumun monitorinqini təşkil edib. Qurum seçkilərin şəffaf keçirilməsinə yardım etmək məqsədilə 2004 -cü ildən bu günə kimi bir sıra metodik vəsait və 13 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə ediblər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür.

sia.az

Digər xəbərlər