PDF Oxu

Siyasət

  • 36

Vəfa Quluzadə: “Danışıqlarda uğurlu nəticə əldə oluna bilər” AÇIQLAMA

Vəfa Quluzadə: “Danışıqlarda uğurlu nəticə əldə oluna bilər” AÇIQLAMA

"Bu gün Ermənistanın Avrasiya İqtisadi İttifaqına və Avropa İttifaqına qoşula bilməməsi onun böhranlı vəziyyətdə olması ilə əlaqədardır". Bunu SİA-ya politoloq Vəfa Quluzadə deyib.Onun sözlərinə görə, artıq Ermənistan rəhbərliyinin siyasi iradəsi yox vəziyyətindədir: "Məhz buna görə də Serj Sarkisyan xalqının siyasi iradəsini ifadə edə bilmir. Avrasiya İqtisadi İttifaqı heç bir keçmiş Sovet respublikası üçün maraqli deyil. Bu, yalnız rəsmi Moskvanın təzyiqi altında baş tutur. Ola bilsin ki, heç Avrasiya İttifaqı işləmiyəcək və heç nəyə yaramayacaq. Hesab edirəm ki, əsas məsələ də, məhz bundan ibarətdir".Vəfa Quluzadə oktyabrın 28-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə rellaşan Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə də toxunaraq deyib ki, burada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın nikbin əhval-ruhiyyədə olması gözlənilən idi: "Əgər fikir versəniz görərsiniz ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən görüşdə də Ermənistan və Azərbaycan tərəfi bir-biri ilə sanki qəzəbli rəftar edirdi. Amma bu görüş Parisdə tam əksi ilə yadda qaldı. Təbii ki, bu ondan xəbər verir ki, nə Soçidə, nə də Parisdə heç bir nəticə əldə olunmadı. Bu mənada hesab edirəm ki, hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu nəticədən danışmaq çətindir. Əgər Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərinə gizli desə ki, Rusiyanın çöküş günü nə zaman olacaq, bax həmin vaxt danışıqlarda hansısa uğurlu nəticə əldə oluna bilər".

sia.az

Digər xəbərlər