PDF Oxu

Siyasət

  • 36

“Minsk qrupunun “üç bacılar”ı özlərini iş görən kimi təqdim edirlər” AÇIQLAMA

“Minsk qrupunun “üç bacılar”ı özlərini iş görən kimi təqdim edirlər” AÇIQLAMA

"Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun "üç bacılar"ı (ABŞ, Rusiya və Fransa) yəni, həmsədrləri monitorinq keçirməklə özlərini iş görən kimi təqdim edirlər". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov Ermənistan tərəfinin BMT-nin Azərbaycanla bağlı çıxardığı qətnamələrə əməl etməyərək işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsinə münasibət bildirərkən deyib.Müstəqil hərbi ekspertin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri dünyanın ən xoşbəxt turistləridir: "Əslində onlar Azərbaycanın beynəlxalq müstəvidə tanınan ərazilərində Ermənistanın hansı haqla təlimlər keçirməsinə təpki göstərməlidirlər. İşğalçı ölkəyə kim haqq verib ki, əli minlərlə günahsız uşağın, qocanın, qadının qanına batan Serj Sarkisyan, Ermənistanın müdafiə naziri Seyran Ohanyan və digərləri çox rahat şəkildə Azərbaycan ərazilərinə gəlirlər, təlimlərdə iştirak edirlər və özlərini həyasız aparırlar. Bizim yeganə güvəndiyimiz və bizə qardaş olan ölkə Türkiyədir. Amma çox təəssüf ki, qardaş ölkənin özü də çox böyük təpkilərlə üzləşir, yəni beynəlxalq qurumlar ikilistandartlarla Türkiyəyə heç də sağlam olmayan münasibət göstərirlər. Bir sözlə, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin keçirdikləri hərbi təlimlər qeyri-qanunidir".

sia.az

Digər xəbərlər