PDF Oxu

Siyasət

  • 39

YAP Səbayıl rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr davam edir

YAP Səbayıl rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı müzakirələr davam edir

Oktyabrın 30-da və 31-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı iclas keçirilib. İclas təlimat xarakterli olub və seminar mühitində davam etdirilib. İclasda YAP İdarə Heyətinin üzvü, Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov, rayon təşkilatının sədrinin müavini, rayon təşkilatının Seçki Qərargahının sədri Muxtar Nağıyev, 29 saylı Səbail rayon Seçki Dairəsinin sədri Cahangir Məmmədov və müəyyən edilmiş namizədlər iştirak edib.

Z.Qaralov onu da bildirib ki, hazırda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar YAP İcra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyə və tapşırıqların birinci mərhələsi başa çatdırılıb: "Sözsüz ki, məqsədimiz əvvəlki seçkilərdən fərqli olaraq qarşıdakı növbəti bələdiyyə seçkilərindəki nəticələrimiz daha yüksək və uğurlu olsun".

Seminarda iştirak edənlər də bildirdilər ki, bələdiyyələrdə təmsilçilik səviyyəsi YAP-ın qələbə qazanacağını əminliklə söyləməyə kifayət qədər əsas verir. YAP-ın qarşıdakı seçkini də qələbə ilə başa vuracağına ilk növbədə Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasətinin nəticələri əsas yaradır. Həmçinin vurğulandı ki, YAP-ın resurslarının kifayət qədər geniş olması ilə yanaşı, ölkənin siyasi arenasındakı nüfuzu onu deməyə əsas verir ki, YAP bu seçkilərin nəticələrinə görə Azərbaycanda yüksək dərəcədə təmsil olunacaq. Eyni zamanda, bildirildi ki, artıq seçkilərə hazırlıqla bağlı rayonda yaşayan sakinlərlə, eləcə də ağsaqqallarla, ziyalılarla və gənclərlə də işlər aparılıb.

Qeyd edək ki, oktyabrın 30-da namizədlərin bir hissəsi, 31-də isə digər hissəsi seçki qanunauyğunluqlarına əsasən təlimat xarakterli seminarlarda iştirak ediblər.

R.HÜSEYNOVA

Digər xəbərlər