PDF Oxu

Siyasət

  • 26

YAP GB sədri "NİDA"çı gəncin YAP-a üzvlük müraciətinə münasibət bildirdi

YAP GB sədri "NİDA"çı gəncin YAP-a üzvlük müraciətinə münasibət bildirdi

"Azərbaycan gənc dövlət olaraq hər bir vətəndaşının hüquq və vəzifələrinin qorunmasında, təmin edilməsində maraqlıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov "NİDA" adlanan təşkilatın əfv olunmuş gənclərindən biri Elsevər Mürsəliyevin Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət etməsinə münasibət bildirərkən deyib.Onun sözlərinə görə, Vətənini sevən hər bir gənc Yeni Azərbaycan Partiyası üçün əzizdir: "Lakin, əfsuslar olsun ki, bu gün ölkədaxili antimilli fəaliyyətlə məşğul olan bəzi şəxslər öz çirkin məqsədlərinə çatmaq üçün ölkəmizin sabahı olan gəncləri riyakar siyasətlərinin qurbanına çevirərək, onlardan məqsədyönlü istifadə edirlər. Təbii ki, xaricdən siyasi sifariş almış bu kimi dairələrin təsiri altına düşən gənclərin sayı çox deyil. Amma biz istəyirik ki, ümumiyyətlə heç bir Azərbaycan gənci xaricdən ölkəmizi istəməyən qüvvələr tərəfindən maliyyələşən təşkilatlara qoşulmasın. Bu, həm Azərbaycanın dövlətçilik prinsiplərinə ziddir, həm də həmin gənclərin gələcək inkişafında bir maneədir.Ölkəmizdə geniş vüsət alan gənclər siyasəti hər bir gəncimizi əhatə etməklə, bütün dünyaya nümunə ola biləcək bir modeldir. Bunu dünyanın aparıcı dövlətlərinin gənclərlə bağlı iş aparan qurumları da təsdiq edir. Buna görə də, Azərbaycan gəncləri ölkəmizdə gənclər üçün yaradılan bu şəraiti lazımınca qiymətləndirməli, onlara göstərilən inam və etimadı doğrultmalıdırlar".Cənab Prezident İlham Əliyevin ildə bir neçə dəfə imzaladığı əfv sərəncamının ölkə başçısının hümanizm siyasətinin göstəricisi olduğunu deyən Seymur Orucov əlavə edib ki, müxtəlif "təşkilatlar"ın təsiri altına düşüb fəaliyyət göstərən gənclərin bəziləri səhvlərini dərk ediblər: "Bunun nəticəsidir ki, artıq "NİDA" adlanan təşkilatın əfv olunmuş gənclərindən biri Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edib. Həmin gənclər səhvlərini başa düşərək doğru addımlar atırlar. Bir vaxtlar onların özlərinin inkar etdiyi inkişaf, tərəqqi artıq özləri tərəfindən də etiraf edilir. Ümidvarıq ki, azadlığa çıxan bu gənclər kimi, onların digər yoldaşları da səhv yolda olduqlarını anlayıb sonrakı fəaliyyətlərini ölkəmizin inkişafı istiqamətində quracaqlar".

sia.az

Digər xəbərlər