PDF Oxu

Siyasət

  • 24

Elmar Məmmədyarov həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Elmar Məmmədyarov həmkarı ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdi

Bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə həm ikitərəfli, həm də çoxtərəfli formatda iki ölkə arasındakı münasibətlər, regional və Dağlıq Qarabağ məsələsi müzakirə olunub.Daha sonra hər iki nazirin iştirakı ilə mətbuat konfransı keçirilib.Nazir Elmar Məmmədyarov bildirib ki, həmkarı artıq 5-ci səfərdir Azərbaycanda səfərdədir: "Görüşdə mən həmkarıma Dağlıq Qarabağ və Şərq Tərəfdaşlığı ilə bağlı məsələlər ətrafında geniş məlumat verdim. Biz həm ticarət, həm də hümanitar baxımından əlaqələrimizi gərək genişləndirək. Hər iki ölkənin mədəniyyəti çox genişdir. Biz 23 ildir ki, müstəqil dövlətik".Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto isə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev gələn həftə Macarıstana işçi səfər edəcək: "Biz həmkarımla bərabər cənab İlham Əliyevin səfəri ilə əlaqədar strateji tərəfdaşlığı müzakirə etdik. Bu yaxınlarda mədəni institutun yaradılması planlaşdırılır. İlham Əliyevin səfərini çox yüksək dəyərləndiririk, Artıq Bakı ilə Budapeştə birbaşa uçuşlar həyata keçirilir. Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı davam etdiririk. İnanırıq ki, bu əməkdaşlıq daha da inkişaf etdiriləcək. Azərbaycan bu sahədə çox əhəmiyyətli rola malikdir".Daha sonra jurnalistlərin sualları cavablandırılıb. Qeyd edək ki, səfər çərçivəsində P. Siyartonun bir çox rəsmi şəxslərlə də görüşü nəzərdə tutulub

sia.az

Digər xəbərlər