PDF Oxu

Siyasət

  • 32

Almaz Əliqızı: “Başqan müavinliyi təkilf edilsə də, imtina etdim” MÜNASİBƏT

Almaz Əliqızı: “Başqan müavinliyi təkilf edilsə də, imtina etdim” MÜNASİBƏT

\r\n

\r\n

\r\n "Son zamanlarda özüm bilərəkdən Müsavat daxilində gedən proseslərdən uzaq qalmağa çalışıram. Düşünürəm ki, bütün məsələlər aydınlaşacaq". Bu fikirləri SİA-ya Müsavat Partiyası Məclisinin üzvü Almaz Əliqızı son günlər partiya daxilində baş verən narazılıqlara münasibət bildirərkən deyib. Partiyanın məclis üzvü bütün baş verənlərə rəğmən, özünün qənaəti olduğunu da istisna etməyib və bildirib ki, hələlik bu barədə qəti fikir söyləmək fikrində deyil: "Özümün müəyyən qənaətlərim olsa da, bu məsələlərlə bağlı fikir bildirmək istəməzdim. Hələ ki, prosesləri kənardan izləməyə üstünlük verirəm".Almaz Əliqızı partiyada keçirilən seçkilərdə Divan üzvlüyünə namizədliyini verməməsi məsələsinə də fikir bildirib. O qeyd edib ki, Məclis üzvlüyünə qurultaydaca seçilib, lakin Divana namizədliyini öz təşəbbüsü ilə irəli sürməyib: "Müsavat Məclisinin üzvü olsam da, Divan üzvlüyünə namizədliyimi vermədim. Çünki 10 ildən artıq müddətdə Divan üzvü olmuşam".Müsavatın Məclis üzvü eyni zamanda başqan müavinliyi postundan da imtina etdiyini xatırladıb: "Mənə başqan müavinliyi təkilf edilsə də, ondan imtina etdim. İstərdim Müsavat Partiyasına yeni qüvvələr, yeni fikirlər cəlb edilsin. Partiyanın yenilənməsinin tərəfdarıyam".

\r\n

\r\n

\r\n

\r\n sia.az

\r\n

Digər xəbərlər