PDF Oxu

Siyasət

  • 33

Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir

Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən noyabrın 3-də Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" tədbiri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi, general-leytenant Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər verəcək və müzakirələr aparacaq.

Silahlı Qüvvələrdə "NATO Günləri" noyabrın 7-də başa çatacaq.

AzərTAc

Digər xəbərlər