PDF Oxu

Siyasət

  • 48

YAP Suraxanı rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı intensiv işlər aparılır

YAP Suraxanı rayon təşkilatında bələdiyyə seçkiləri ilə bağlı intensiv işlər aparılır

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarında ciddi hazırlıq prosesləri davam edir. Demokratik bir təsisat kimi vətəndaş cəmiyyətimizin bir forması olan bələdiyyələr həyatımızda mühüm rol oynayır. 1999-cu ildən fəaliyyət göstərən bələdiyyələr ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir.

Qarşıdan gələn növbəti bələdiyyə seçkilərinə YAP Suraxanı rayon təşkilatında da ciddi hazırlıq işləri aparılır. Rayon təşkilat sədri Vüqar Seyidov bildirdi ki, bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı ardıcıl işlər aparılır, seçki qərargahları yaradılır. Seçki proseslərinə gənclər də cəlb olunur ki, bu da onların gələcək seçkilərdə aktiv fəaliyyətlərinə şərait yaradacaq.

O, qeyd etdi ki, bələdiyyələrin yaranmasından keçən ötən dövr ərzində görülən işlər yerli özünüidarəetmə orqanlarının Azərbaycan cəmiyyətində əhəmiyyətli rol oynadığını və lazımlı bir institut kimi formalaşmasını sübut edir. Bələdiyyələrin fəaliyyətində mövcud olan müəyyən çatışmazlıqları və nöqsanları istisna etməklə, bu orqanların artıq ölkənin sosial-iqtisadi həyatında özünə müəyyən mövqe qazandığını, insanların güvənc yerinə çevrildiyini söyləmək olar.

Seçkilərə ciddi hazırlaşan Yeni Azərbaycan Partiyasının növbəti dəfə uğur qazanacağına əminliyini bildirən V.Seyidov bu məqsədlə rayon təşkilatında 18 nəfərdən ibarət olan seçki qərargahının yaradıldığını vurğuladı. O bildirdi ki, rayonda 3 seçki dairəsi mövcuddur. Seçicilərin səs verəcəyi 89 məntəqə fəaliyyət göstərəcək. 6 qəsəbə üzrə, 6 bələdiyyəyə seçkilər keçiriləcək. Seçkilərə hazırlıq işləri çərçivəsində artıq hər qəsəbədən, o cümlədən Qaraçuxurdan 17 nəfər, Bülbülədən 11 nəfər, Hövsandan 15 nəfər, Əmircandan 14 nəfər, Zığdan 13 nəfər, Yeni Suraxanıdan 8 nəfər YAP üzvlərinin bələdiyyəyə namizədlikləri təsdiq olunub. Bu günə qədər namizədlərlə 2 treninq keçirilib.

Rayon təşkilatı partiyanın mərkəzi Aparatının müvafiq tapşırıqlarına uyğun olaraq, tərtib olunun plan üzrə işlərini davam etdirməkdədir. Bu da seçkilərdə uğurlu nəticələrin əldə olunmasından xəbər verir.

ZÜMRÜD

Digər xəbərlər