PDF Oxu

Siyasət

  • 34

Azərbaycan Milli Məclisinin deputatı Dünya Demokratiya Forumunda iştirak edir

Azərbaycan Milli Məclisinin deputatı Dünya Demokratiya Forumunda iştirak edir

Noyabrın 3-də Strasburqda, Avropa sarayında Dünya Demokratiya Forumu (DDF) öz işinə başlayıb. Noyabrın 5-dək davam edəcək tədbirdə dünyanın 80 ölkəsindən 1200 nəfərədək nümayəndə iştirak edir. DDF-ya Avropada demokratik dəyərlərin, qarşılıqlı anlaşmanın, sülhün bərqərar olmasının başlıca təsir vasitələrindən və dayaqlarından biri kimi yanaşan AŞPA tədbirdə iştirak etmək və aparılacaq müzakirələrin daha sanballı və konstruktiv alınmasını təmin etmək məqsədi ilə ayrıca komitə yaradıb. AŞPA prezidentinin rəhbərlik etdiyi həmin xüsusi komitəyə assambleyanın 8 daimi komitəsindən 37 deputat daxildir. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov də həmin mötəbər tərkibli komitənin üzvləri arasındadır.

Təntənəli açılış mərasimindən sonra ilk plenar iclası keçirilib. DDF işini 20 "dəyirmi masa"da davam etdirəcəkdir.

AzərTAc-ın xüsusi müxbirinə verdiyi müsahibədə deputat Rafael Hüseynov deyib: "Budəfəki forumun əsas məqsədlərindən biri müxtəlif ölkələrdəki cavan nəsilləri demokratik gedişata bir qədər də sistemli şəkildə cəlb etmək, demokratik proseslərdə onların fəallığının artırılmasına nail olmaq, gənclərin dünyada demokratiyanın inkişafındakı rolunu daha da yüksəldilməsinin təzə yollarını aramaq, onların demokratiyanın inkişafına verə biləcəkləri töhfələrin hüdudlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar "dəyirmi masa"larda "Gənc insanlar qlobal dəyişiklərin əsas icraçılarıdır", "Gənc demokratiya qurucuları", "Ümumdünya zirvə toplantılarında gənclik", "Gənclərin seçki proseslərində iştirakı" və digər vacib istiqamətlərdə fikir mübadiləsi aparılacaqdır."

R.Hüseynovun forumun kütləvi informasiya vasitələri və insan haqları ilə bağlı keçiriləcək müzakirələrdə çıxışı nəzərdə tutulub.

AzərTAc

Digər xəbərlər