PDF Oxu

Siyasət

  • 21

Macarıstanın xarici işlər naziri ADU-da olub

Macarıstanın xarici işlər naziri ADU-da olub

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi Əlaqələr naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdən sonra Macarıstanın xarici işlər və xarici iqtisadi Əlaqələr naziri Peter Siyarto ADU-nun tələbələrinə mühazirə oxuyub.Qeyd edək ki, nazir Peter Siyarto noyabrın 3-4-də Azərbaycanda rəsmi səfərdədir. O, səfəri çərçivəsində nazir Azərbaycanın xarici işlər, iqtisadiyyat və sənaye, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirləri, Azərbaycan Respublikası Dəvlət Neft Fondunun rəhbəri ilə görüşəcək. Bundan başqa Macarıstan nümayəndə heyəti Bakıda olduğu müddətdə Macarıstan mədəniyyətinə həsr edilmi tədbirdə iştirak edəcəklər.

sia.az

Digər xəbərlər