PDF Oxu

Siyasət

  • 22

Professor: “Ermənilərin qırılması real fakt olsaydı...”

Professor: “Ermənilərin qırılması real fakt olsaydı...”

"İngiltərənin "Times" qəzeti yeganə qəzetdir ki, I Dünya Müharibəsinin gedişini birinci gündən sonuncu günə qədər işıqlandırıb. Bu qəzetdə də qeyd edilib ki, müharibə dövründə 2 milyon türkün həyatına son qoyulub". Bu fikirləri SİA-ya tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.Onun sözlərinə görə, müharibədən sonrakı dövrdə ermənilərin qırılması real fakt olsaydı, Paris Sülh Konfransında Türkiyənin parçalanması yox, bu məsələ müzakirəyə qoyulardı: "Buradan da görünür ki, ermənilərin qondarma "soyqırımı" uydurmadır. Müharibədən 15-20 il keçəndən sonra ermənilər deyirlər ki, Türkiyə erməniləri qırıb. Bunu irəli sürənlər də bilir ki, bu yanlışdır. Amma dünyada haqq-ədalət qalib gəlmir. Kimin gücü çoxdursa, müdafiə edirlərsə, onun sözü keçir. Qondarma erməni soyqırımı da belə bir hadisədir"."Bu günə qədər də bizim arqumentlərimiz olub. Amma SSRİ dönəmində buna imkan verilməyib. 1918-1920-ci illərdə Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən ibarət sənədlər toplusu hazırlanıb. SSRİ dağılandan sonra ilk dəfə həmin sənədləri təqdim etmişik. Ən tutarlı fakt bunlardır. Bu sənədlərdə də göstərilir ki, 1918-1920-ci illərdə soyqırımına məruz qalan azərbaycanlılardır. Komissiya üzvlərinin əldə etdiyi sənədlər qədər dəqiq sənəd yoxdur" -deyə, A. İsgəndərov vurğulayıb. A. İsgəndərov qeyd edib ki, Türkiyə tərəfi arxivlərin açılmasını və sənədlərə yenidən baxılmasını təklif etsə də, ermənilər buna razı deyil: "1915-ci ildə ermənilər müharibə zamanı qırılıb. Bu da müharibənin qanunlarıdır. Yəni ermənilər düşünülmüş şəkildə qırılmayıb. Bunu həm Azərbaycan tarixçiləri, həm də türk tarixçiləri deyir. Dünya da bunun erməni uydurması olduğunu bilir. Ancaq bu, siyasi məsələdir. Türkiyəni istəməyən qüvvələr bundan istifadə edir. Burada da erməni lobbisi əsas rol oynayır. Heç kim reallığı qəbul etmir. Siyasi maraqları qəbul edir. Siyasi maraqlar üstün gələndə Türkiyə və Azərbaycanın deməsindən asılı olmayaraq, onlar erməni yalanlarına inanırlar".

sia.az

Digər xəbərlər