"PKK ilə erməni terror qruplarının yaxından əməkdaşlıq etməsi çoxdan mövcuddur. Bu məsələ uzun illər bundan öncə erməni terror təşkilatının təmsilçiləri ilə Abdulla Öcalan arasında keçirilən görüş nəticəsində ortaya çıxıb". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli Türkiyəyə qarşı döyüşən PKK terror təşkilatının 50 faizini ermənilərin təşkil etdiyinə dair məsələlərə münasibət bildirərkən deyib.Siyasi şərhçinin sözlərinə görə, belə bir görüş Ərəb ölkələrindən birinin ərazisində baş tutmuşdu: "Bundan sonra isə onlar fəaliyyətlərini koordinasiya etdilər. Bu haqda dəfələrlə Türkiyə mediasında da məlumatlar yayılıb. Bu baxımdan hesab edirəm ki, hər iki terrorçu qrupun yaxından əməkdaşlıq etdikləri, Azərbaycana və Türkiyəyə qarşı birgə mübarizə apardıqları heç kimə sirr deyil".Qeyd edək ki, PKK ilə erməni terror qruplarının yaxından əməkdaşlıq etməsi haqda məlumatlar hələ xeyli müddət Türkiyə mediasında da dərc olunmuşdu.
sia.az