Milli Məclisin iqtisadi siyasət, sosial siyasət, aqrar siyasət, təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri başlayıb.
Müzakirələrdə deputatlarla yanaşı, maliyyə naziri Samir Şərifov da iştirak edir.
Büdcə müzakirələri noyabrın 5-də parlamentin digər komitələrinin birgə iclasında davam edəcək.
AzərTAc