PDF Oxu

Siyasət

  • 21

Nazir: “Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”

Nazir: “Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır”

Bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Lidinqton Azərbaycan Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, görüşdə həm ikitərəfli, həm də geniştərkibli formatda iki ölkə arasındakı münasibətlər, regional məsələlər və Dağlıq Qarabağ məsələsi müzakirə olunub.Daha sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.Elmar Məmmədyarov bildirib ki, həmkarı ilə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıb: "Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi birmənalıdır. Devid Lidinqtonla həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirdik. Sözsüz, bu görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Sülhə nail olmaq üçün Ermənistan, ilk növbədə qoşunlarını Azərbaycan ərazilərindən çıxartmalıdır. Bizim mövqeyimiz birmənalıdır".Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Lidinqton isə diqqətə çatdırıb ki, Dağlıq Qarabağ böhranı 20 ildir ki, davam edir: "Bu, faciədir. Mən Azərbaycana səfərim çərçivəsində məcburi köçkünlərlə görüşdüm. Onlar öz evlərinə qayıda bilmirlər. Hamımız buna görə çox məyusuq. Böyük Britaniyanın burada rolu Minsk qrupunun işinə, o cümlədən sülhün təmin olunmasında beynəlxalq təşkilatlar səviyyəsində hər iki tərəfə dəstək verməkdən ibarətdir. İnsanlar bir-birləri ilə təmasda olmalıdırlar. Hesab edirəm ki, bu, münaqişənin həllinə gətirib çıxara bilər".Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

sia.az

Digər xəbərlər