Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Deyvid Lidinqton ilə İcmanın idarə heyətinin sədri Bayram Səfərov, İcmanın idarə heyətinin üzvləri Milli Məclisin üzvü Elman Məmmədov, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov və İcmanın Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ayaz Salmanov və İcmadaxili məsələlər üzrə şöbə müdiri Nadir Bayramov arasında görüş keçirilib.Görüşdə ilk olaraq Bayram Səfərov qonağa İcmanın fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra İcma rəhbəri bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumların hələ də ikili standartları davam edir. Həmçinin Bayram Səfərov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın zamanda beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə Azərbaycanın arazi bütövlüyünün təmin olunması şərti həll olunmalıdır və biz bu istiqamətdə beynəlxalq qurumlarda qətiyyətli mövqe gözləyirik. Azərbaycan sülh tərəfdarıdır bə biz həm öz ölkəmizdə, həm Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh istəyirik.Bununla yanaşı, görüşdə iştirak edən Millət vəkili Elman Məmmədov qeyd edib ki, Böyük Britaniyanın bu münaqişənin həll olunmasında daha yaxından fəaliyyət göstərmək istəməsi müsbət haldır. Münaqişənin həlli üçün, Böyük Britaniyanın dəstəyi və səyi nəticəsində İcmalararası dialoqların təşkil olunması, bu istiqamətdə mövcud proqram və layihələrində tərəflərin daha aktiv iştirakının təmin olunması vacibdir.Cənab Deyvid Lidinqton da öz növbəsində Bakıda olmaqdan və Azərbaycan Respublikasının Dağlıq Qarabağ Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşün təşkil olunmasından çox böyük məmnunluq hissini bildirib və qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Böyük Britaniya və eləcə də bütün Avopa üçün çox vacib məsələdir. Böyük Britaniya münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin tərəfdarıdır və bu istiqamətdə danışıqların davam etdirilməsi çox zəruridir.Görüşdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı Səfiri İrfan Sidqidə iştirak edib.
sia.az