"Siyasi partiyaların maliyyə məsələsi uzun müddətdir müzakirə mövzusudur. Əsasən məsələnin konteksində şəffaflıq dayanır. Dövlətin, hökumətin bu işdə yalnız bir marağı var. O da siyasi partiyalarda maliyyə gəlirlərinin şəffaflığının təmin edilməsi". Bu fikirləri SİA-ya Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev partiyaların maliyyələşməsində edilən qanuni dəişikliklərə münasibət bildirərkən deyib.Partiya sədri bildirib ki, Azərbaycanda ictimai-siyasi sektora ayrılan vəsait milli maraqlarımıza, dövlətçiliyimizə ziyan vurmamalıdır: "Əvvəl bu sistemdə bir az boşluqlar var idi. Mənbəyi olmayan beynəlxalq təşkilatlardan Azərbaycanın siyasi təşkilatlarına xeyli miqdarda pullar ötürülürdü. Bu da tez bir zamanda özünü biruzə verdi. Müxalifət deyilən bəzi qurumlar var ki, onların da maliyyə vəsaiti, məhz beynəlxalq təşkilatlardan gələn pullar hesabına formalaşır. Üzdə olan, dövlətə qarşı çıxanlar bu pullar hesabına fəaliyyət göstərirlər. Leyla Yunus kimiləri ermənipərəst mövqedən çıxış edərək beynəlxalq təşkilatlardan aldığı qrantlar hesabına işlərini görməkdədirlər. Həbsdə olan hüquq müdafiəçiləri qeyri-şəffaf fəaliyyət göstərdiklərini qeyd ediblər".
"Siyasi partiyalarda ianə fonunda bütün maliyyə məsələləri tam şəfaf məqamları özündə əks etdirməlidir"- deyə qeyd edən Elşən Musayev həmçinin bildirib ki, artıq beynəlxalq aləmdə, böyük arenalarda iğtişaşlar, qarşıdurmala, məhz o siyasi partiyanın maliyyəsində olan qeyri-şəffaflıqlardan irəli gəlir: "Bir sıra dövlətlərin digər dövlətlərə həmin təşkilatlar vasitəsilə təzyiq göstərmələri, öz planlarını həyata keçirmələri müşahidə olunur. Ona görə də bütün hallarda şəffaflığın təmin olunmasına dair atılan müsbət addımlar radikal müxalifəti qane etməyəcək. Çünki onların pulu o beynəlxalq təşkilatlardan gəlir ki, o da birbaşa dövlətçilik əleyhinə xərclənir. Əli Kərimli və İsa Qəmbər kimiləri hardan alır yüz minlik maşınları, mühafizəçiləri? Bizim dərdimiz onların yaşadıqları həyat tərzi deyil, biz dövlətçiliyimizi, milli maraqlarımızı düşünürük. Rəzil siyasətçilərin timsalında Azərbaycan ziyan görməməlidir, zərbə almamalıdır".
sia.az