PDF Oxu

Siyasət

  • 25

Müsavatdan Milli Şuranın 10 noyabr aksiyasına KƏSKİN ETİRAZ

Müsavatdan Milli Şuranın 10 noyabr aksiyasına KƏSKİN ETİRAZ

Mustafa Hacıbəyli: "Əli Kərimlini müxalifətin birliyi deyil, şəxsi ambisiyaları maraqlandırır"

Milli Şuranın 10 noyabra təyin etdiyi mitinqlə bağlı Müsavat Partiyasından kəskin reaksiya verilib. SİA xəbər verir ki, Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli AXCP və Milli Şuranın mitinq keçirməsinə qarşı olduğunu bildirib və bu barədə sosial şəbəkədəki hesabında dərc edib. Hacıbəyli mitinq təşəbbüsünün adıçəkilən qurumlara keçməsinə qarşı olduğunu qeyd edib: "Aksiya "Məhbusların Müdafiə Mərkəzi" tərəfindən və bu qurumun təşkilatçılığı ilə həyata keçirilməli idi. Biz bunu təklif etmişdik. Görünür Əli Kərimlini müxalifətin birliyi deyil, şəxsi ambisiyaları maraqlandırır. Bizim də münasibətimiz adekvat olmalıdır. Özümüz təşəbbüsü ələ alaraq, aksiya təşkil etməliyik".

Xatırladaq ki, Müsavat rəhbərliyinin Milli Şuranın ötən mitinqinə qatılmasından sonra onların tribunaya dəvət edilməməsi, eyni zamanda salamlanmamaları düşərgədə ciddi ittihamlara səbəb olmuşdu. Müsavat rəhbərliyi isə öz növbəsində noyabrın 10-da keçiriləcək mitinqə qatılmayacağını istisna etməyib.

sia.az

Digər xəbərlər