PDF Oxu

Siyasət

  • 19

Üzeyir Cəfərov: “Biz ermənilərin adam olub, insan arasına çıxmasını istəyirik” AÇIQLAMA

Üzeyir Cəfərov: “Biz ermənilərin adam olub, insan arasına çıxmasını istəyirik” AÇIQLAMA

"Ümumiyyətlə biz millət, xalq olaraq unutmamalıyıq ki, ermənilər bütün türk dünyasının düşmənidir". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov qondarma erməni soyqırımının ildönümündə Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsinə münasibət bildirərkən deyib.Müstəqil hərbi ekspertin sözlərinə görə, ermənilərin bütün türk dünyasının düşməni olması onların ana siyasətini təşkil edir: "Hətta ermənilər bu siyasətini ("türk bizim düşmənimizdir") yeni doğulmuş körpəsindən tutmuş, ən yaşlısına qədər hamıya təlqin edirlər. Amma onlardan fərqli olaraq biz onların adam olub, insanların arasına çıxmasını istəyirik ki, qonşularına, ətraf dövlətlərə hörmətlə yanaşsınlar. Bəli, onlar bizim torpaqlarımızı işğal ediblər və buna görə də ermənilərə düşmən kimi yanaşırıq. Nə vaxt ki onlar haqqın yoluna qayıdacaqlar, təbii ki, türk dünyasının da münasibəti onlara qarşı dəyişəcək. Rəsmi İrəvan indiyədək qondarma erməni soyqırımı ilə bağlı o qədər zəhlətökən və yersiz fikirlər səsləndirib ki, yenə də bu sərsəm düşüncələrindən əl çəkmirlər".Ü. Cəfərov hesab edir ki, bu gün Türkiyənin özünün də həll olunası kifayət qədər problemləri var: "Təbii ki, onlar da bundan istifadə edərək qardaş ölkənin hissiyatı ilə oynayırlar. Ermənilər hətta Türkiyənin Avropa Birliyinə daxil olması məsələsində şərt qoyurlar ki, sərhədləri açsınlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi olaraq dəfələrlə bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca, Ermənistanla hansısa əlaqələrin qurulması mümkün deyil. İstərdim ki, rəsmi Ankara bu prinsipləri əsas tutaraq öz addımlarını atsın. Təbii ki, heç şübhəsiz ermənilər çalışacaqlar ki, qondarma erməni soyqırımının ildönümündə üçüncü dərəcəli şəxs də olsa, o tədbirdə iştirak etsin. Bu gün erməni təbliğat maşını bütün dünyada gecə-gündüz var gücü ilə işləyir. Onlar ən xırda məsələni belə şişirdərək, böyük hadisə kimi təqdim edirlər. Biz onsuzda tarixi həqiqəti bilirik".Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 24 aprel 2015-ci il tarixdə İrəvanda keçiriləcək qondarma erməni soyqırımının anma mərasiminə dəvət edib.

sia.az

Digər xəbərlər