PDF Oxu

Siyasət

  • 33

YAP Quba rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işləri aparır

YAP Quba rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işləri aparır

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarında ciddi hazırlıq prosesləri davam etməkdəir. Demokratik bir təsisat kimi vətəndaş cəmiyyətiminin forması olan bələdiyyələr həyatımızda mühüm rol oynayır və ölkəmizin inkişafı prosesində, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdə, sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir.

Həmişə layiqli namizədləri ilə xalqın inam və etimadını qazanan Yeni Azərbaycan Partiyası budəfəki seçkilərə də ciddi hazırlaşır. YAP Quba rayon təşkilatı bütün seçki kampaniyalarında olduğu kimi, Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinə də yüksək hazırlıq işləri aparır. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı "Səs" qəzetinə verdiyi məlumata görə, rayon təşkilatı seçkilərə hazırlığı YAP-ın Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun şəkildə davam etdirir. O, qeyd etdi ki, bələdiyyə seçkiləri ilə əlaqədar YAP Quba rayon təşkilatında 19 nəfərdən ibarət seçki qərargahı yaradılıb:"Seçki qərargahında fəaliyyət göstərəcək qərargah üzvlərinə treninqlər keçirilib. Bələdiyyə seçkiləri ilə əlaqədar Quba rayonunda fəaliyyət göstərən 52 saylı Quba, 53 saylı Quba -Qusar dairə-seçki komissiyalarına YAP-ın namizələrinin qeydə alınması barədə sənədlər təqdim olunub və Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş sənədlər hazırlanıb".

Bələdiyyələrə namizədlərin irəli sürülməsi üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq toplantıların keçirildiyini bildirən rayon təşkilatının sədri artıq YAP namizədlərinin dairələrdən imza vərəqələrini götürdüklərini diqqətə çatdırdı. Onun sözlərinə görə, hazırda namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması mərhələsi gedir və noyabrın 10-na kimi imza vərəqələri dairə-seçki komissiyalarına təqdim olunacaq. Rayon təşkilat sədri onu da vurğuladı ki, bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin sayı - 326 nəfərdir. Partiyanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu seçkilərdə də gənclərin və qadınların namizədliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilib. Belə ki, namizədliyi irəli sürülənlər sırasında qadınlar - 81 nəfər, kişilər - 245 nəfər, 18-35 yaşlı gənclər isə 107 nəfəri təşkil edir.

Ə.Nəbiyev sonda onu da qeyd etdi ki, bu ilin dekabrında keçiriləcək dördüncü bələdiyyə seçkiləri əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi ədalətli, şəffaf, Seçki Məcəlləsinin tələblərinə uyğun keçiriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər