PDF Oxu

Siyasət

  • 31

Qobustanda namizədlərin imzatoplama kampaniyası başa çatdı

Qobustanda namizədlərin imzatoplama kampaniyası başa çatdı

Füzuli Gülaliyev: "YAP Qobustan rayon təşkilatı tərəfindən 16 bələdiyyə üzrə 142 nəfər bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb"

Cari ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları tərəfindən nizamnaməyə uyğun olaraq uğurla davam etdirilir. Partiyanın ümumrespublika müşavirəsində İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq seçkilərə səylə hazırlaşan təşkilatlardan biri də YAP Qobustan rayon təşkilatıdır. Rayon təşkilatının sədri Füzuli Gülaliyevin verdiyi məlumata görə rayon partiya təşkilatında YAP üzvlərinin sayı 2171 nəfərdir ki, onlardan 614 nəfəri qadınlar, 835 nəfəri gənclər təşkil edir: "Xüsusi olaraq bildirmək istərdim ki, YAP bütün seçkilərə fəal hazırlaşdığı üçün seçkiləri qələbə ilə başa vurur. Bu baxımdan da qarşıdakı bələdiyyə seçkilərinə YAP-ın bütün rayon və şəhər təşkilatları kimi, Qobustan rayon təşkilatı da hazırlıq işlərini uğurla aparıb. Qeyd edim ki, YAP Qobustan rayonu təşkilatı tərəfindən 16 bələdiyyə üzrə namizədliyi irəli sürülmüş 142 nəfər bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması işi uğurla başa çatdırılmışdır. Bu kampaniyanın gedişində YAP Qobustan rayon təşkilatının Cəmcəmli, Sündü, Xilmilli, Poladlı, Ərəbqədim, Təklə-Mirzəbaba ilk təşkilatlarının fəalları daha yaxşı iştirak etmişlər. İmza vərəqələrindəki imzalar səlahiyyətli nümayəndələr tərəfindən yoxlanılmışdır. Qeyd etmək istərdim ki, imza vərəqələri 50 saylı Abşeron-Qobustan dairə-seçki komissiyasına təhvil veriləcəkdir".

İnanırıq ki, dekabr ayında YAP növbəti möhtəşəm qələbəsini qazanacaq".

R.HÜSEYNOVA

Digər xəbərlər