\r\n
\r\n
\r\n "Milli Şura" adlandırılan qurumdakılardan biri həftənin sonunda keçirilməsini planlaşdırdıqları mitinqə islamçıların da qatılacağının anonsunu verib. İslamçı deyəndə əsl dindarlar yox, bu ad altında çıxış edənlər nəzərdə tutulur". SİA-nın xəbərinə görə, bu barədə millət vəkili Sahib Alıyev "facebook" səhifəsində məlumat paylaşıb.Deputatın sözlərinə görə, hər kəs bilir ki, həmin "Milli Şura"dakılar nə qədər demokrat və millidirlərsə, islamçılar da bir o qədər islama və bu ölkəyə bağlı adamlardır: "Ən azı Nardaranda keçirdikləri dini tədbirlərdən bu görünürdü. Nə isə sözümüz onda deyil, kim fikirləşirsə ki, bunlar başqalarını tapmadıqlarından indi də özlərini islamçı adlandıranlarla əməkdaşlığa can atırlar, yanılırlar. Qərblə İran arasında illər öncəki müttəfiqliyə dönmək haqda gizli danışıqlar getdiyini indi hər kəs bilir. Görünür 5-ci kalondakılar da 6-cı kalondakılarla birgə mitinq keçirməklə öz ağıllarınca, indidən bunu alqışladıqlarını sərgiləyirlər".
\r\n
\r\n
\r\n
\r\n sia.az
\r\n