PDF Oxu

Siyasət

  • 30

YAP BƏLƏDİYYƏ SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ

YAP BƏLƏDİYYƏ SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ

YAP Ağsu rayon təşkilatı bələdiyyə seçkilərinə giddi hazırlaşır

Əli Hüseynov: "Ümumilikdə rayon üzrə 31 bələdiyyəyə seçkilər keçiriləcək"

Məlum olduğu kimi, ölkəmizdə növbəti dördüncü dəfə, cari ilin dekabr ayının 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərinə start verildikdən sonra Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları uğurla hazırlıq işlərini davam etdirilər. Xüsusilə qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlarını əsas götürən şəhər və rayon təşkilatları intensiv işlər aparır, yaradılan seçki qərargahlarında namizədlərlə mütəmadi görüşlər keçirirlər.

YAP-ın digər şəhər və rayon təşkilatları kimi partiyanın Ağsu rayon təşkilatı da seçkilərə ciddi şəkildə hazırlaşır. Rayon təşkilatında seçkilərə hazırlıqla bağlı Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov "Səs" qəzetinə verdiyi açıqlamasında bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar İcra Katibliyinin tövsiyə və tapşırıqlarının birinci mərhələsinin başa çatdırıldığını bildirib. Qeyd edib ki, namizədlərin irəli sürülməsi üçün artıq sənədləşmə prosesinə başlanılıb: "Bələdiyyə üzvliyinə 273 yerə YAP Ağsu rayon təşkilatı tərəfindən 273 nəfərin namizədliyini irəli sürülməsi nəzərdə tutulub. Bunlardan 70-ə yaxını qadın, 74 nəfər isə gənclərdir. Ümumilikdə rayon üzrə 31 bələdiyyəyə seçkilər keçiriləcək. İrəli sürüləcək 273 namizəddən 235 nəfərin namizədliyi irəli sürülüb və 148 imza vərəqəsi götürülüb. "YAP-ın üzvləri bələdiyyə seçkilərində fəal iştirak edəcəklər" deyən Ə.Hüseynov vurğulayıb ki, rayon təşkilatında seçkilərə hazırlıqla bağlı seçki qərargahı yaradılıb və hazırda onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədirlər: "YAP Ağsu rayon təşkilatının sədri əlavə etdi ki, dairə və məntəqələrdə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxlər müəyyənləşdirilib, onların siyahıları partiyanın İcra Katibliyinə göndərilib. Belə ki, rayon üzrə 56 seçki məntəqəsinə 56 məşvərətçi səs hüququlu üzv, 56 müşahidəçi artıq müəyyən olunub".

Rayon təşkilatının sədri Ə.Hüseynov, həmçinin vurğulayıb ki, YAP Mərkəzi Aparatı tərəfindən verilmiş təlimatlara uyğun olaraq Ağsu rayon təşkilatında imza toplayacaq şəxslər və onların imza toplayacaqları marşrutlar üzrə qrafikləri müəyyənləşdirilib: "Beləliklə, bütün görülən hazırlıq işlərinin nəticəsinin uğurlu olacağına tam əminik".

YAP Zaqatala rayon təşkilatı bələdiyyə seçkilərinə mütəşəkkil şəkildə hazırlaşıb

Habil Qurbanov: "Seçki Qərargahının üzvləri üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmlə çalışırlar"

YAP-ın Zaqatala rayon təşkilatı da öz növbəsində bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Rayon təşkilatının sədri, rayon Seçki Qərargahının sədri Habil Qurbanovun "Səs"ə verdiyi açıqlamasında bildirib ki, rayon üzrə 110 saylı Zaqatala seçki dairəsində 47 məntəqə, 111 saylı Zaqatala-Balakən seçki dairəsində isə 29 məntəqədə seçkilər keçiriləcək: "71 ilk partiya təşkilatında 7406 nəfər partiya üzvündən 4081 qadın, 3152 nəfəri gənclərdir. 110 saylı Zaqatala Seçki Dairəsində 156 nəfər namizəd, onlardan 45 nəfəri qadın, 111 saylı Zaqatala -Balakən Seçki Dairəsində 73 nəfər namizəd var, onlardan 31 nəfəri qadın bələdiyyə üzvü seçilməsində iştirak edəcək".

Bələdiyyə üzvlərinin sayının 156 nəfər olduğunu deyən H.Qurbanovun sözlərinə görə, buna müvafiq olaraq da YAP rayon təşkilatı bələdiyyəyə 156 nəfərin namizədliyini irəli sürüb: "Partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq. Namizədlərimiz əhali arasında tanınan, nüfuzlu, savadlı, bacarıqlı insanlardır. Namizəd irəli sürərkən gənclərə və qadınlara daha çox üstünlük verilir. Bu baxımdan, qadınlarımızın ölkəmizin ictimai-siyasi həyatında rolu artmaqdadır. Bu proses Zaqatala rayonunda da özünü göstərir. Ona görə də, bələdiyyələrə namizədlər irəli sürülərkən qadınlara daha çox etimad göstərilib".

Xatırladaq ki, YAP Zaqatala rayon təşkilatı Seçki Qərargahının 13 üzvü var. Qərargah seçki ilə bağlı bütün maddi-texniki təchizatla təmin olunub. Bir sözlə, qərargahda seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur.

YAP Qazax rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq mərhələsini uğurla davam etdirir

Həmid Pənahov: "Rayon təşkilatı 21 nəfərdən ibarət təbliğat qrupunun üzvləri seçilib"

Bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı YAP Qazax rayon təşkilatı Seçki Qərargahının növbəti iclası keçirilib. İclası YAP Qazax rayon təşkilatının sədri, rayon təşkilatının Seçki Qərargahının sədri Həmid Pənahov açaraq bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülən işlərdən ətraflı danışıb. H.Pənahov bildirib ki, Azərbaycanda keçirilən seçkilərin şəffaflığı, demokratikliyi hər zaman bəyan edilib və istər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə çox mükəmməl bir seçki qanunvericiliyi həyata keçirilir: "Bu gün ölkəmizdə siyasi əqidəsindən asılı olmayaraq bütün siyasi qüvvələr, o cümlədən, vətəndaşlar fərdi qaydada seçkidə iştirak edirlər. Qanunvericilik ölkəmizdə şəffaf, ədalətli seçki prosesinin keçirilməsini şərtləndirir. Bu isə ilin sonunda baş tutacaq bələdiyyə seçkilərinin də beynəlxalq standartlara uyğun, ədalətli və demokratik şəraitdə keçiriləcəyini söyləməyə əsas verir. O cümlədən, YAP-ın şəhər və rayon təşkilatlarında olduğu kimi, Qazax rayon təşkilatı da bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Eyni zamanda, rayon təşkilatında seçkilərlə bağlı intensiv işlər aparılır, 13 nəfər üzvü olan Seçki Qərargahı yaradılıb. Artıq bələdiyyə seçkilərinə bütün hazırlıq işləri aparılıb. Seçki Qərargahının üzvləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əzmlə çalışırlar. Rayonda 17 bələdiyyəyə seçkilər keçiriləcəkdir. YAP tərəfindən namizədlikləri irəli sürülən 165 nəfər partiya üzvünün imza vərəqələri toplanmış, artıq rayonda olan 107 saylı Qazax və 106 saylı Tovuz-Qazax Ağstafa seçki dairələri onların namizədliklərini təsdiqləyibdir. Qeyd edək ki, namizədlikləri irəli sürülən partiya üzvlərinin 40%-ni gənclər və qadınlar təşkil edir. Bütün namizədlər ali təhsillidirlər".

Rayon təşkilat sədri, həmçinin bildirib ki, artıq rayon təşkilatı seçki məntəqələrində seçkini müşahidə edəcək və komissiyaların işində fəaliyyət göstərəcək nümayəndələrini də müəyyənləşdirib: "Rayon təşkilatı 21 nəfərdən ibarət təbliğat qrupunun üzvləri seçilib". Beləliklə, keçirilən tədbirdə bir daha vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar çevik, operativ, həm də ciddi işlər aparılır. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.

R.HÜSEYNOVA

Digər xəbərlər