PDF Oxu

Siyasət

  • 13

Elman Nəsirov: “Erməni diasporu və lobbisinin Sarkisyan rejiminə olan mənfi münasibəti...”

Elman Nəsirov: “Erməni diasporu və lobbisinin Sarkisyan rejiminə olan mənfi münasibəti...”

"Bu gün Ermənistanı iflic vəziyyətinə gətirib çıxaran Serj Sarkisyanın yeritdiyi siyasətdən təkcə ölkə daxilində deyil, dünyadakı erməni diaspora və lobbisi də narazıdır". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.Ermənistanın faktiki olaraq xaricdən gələn ianələrin hesabına yaşadığını vurğulayan politoloq bildirib ki, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi dünyadakı erməni diaspora və lobbisinə də məlumdur: "Dünyadakı erməni diaspora və lobbisinin təmsilçilərinə də məlumdur ki, ayrılan vəsaitlər erməni xalqı üçün yox, şəxsi mənafe naminə istifadə edilir. Ona görə də bu gün Serj Sarkisyanın hakimiyyətdə qalması üçün onu müdafiə etmirlər"."Eyni zamanda dünyadakı erməni diaspora və lobbisi Serj Sarkisyan rejiminin qondarma "erməni soyqırım"ının 100 illiyi ilə bağlı keçirdiyi tədbirlərə də eyni cür yanaşır. Onlar hesab edir ki, erməni xalqının mənafeyinə xidmət etməyən, korrupsiyaya uğrayan rejim ermənilər üçün ümummilli məsələ hesab edilən qondarma "erməni soyqırım"ının dünyada tanıdılması istiqamətində lazımi qətiyyət nümayiş etdirməyəcək. Bundan başqa tədbirlər üçün ayrılan vəsaitin Ermənistan rəhbərliyi tərəfindən təyinatı üzrə xərclənmədiyini dünyadakı erməni lobbisi və diasporu açıq şəkildə bəyan edir" - deyə, E. Nəsirov bildirib.Politoloq hesab edir ki, indiki halda dünyadakı erməni diasporası və lobbisinin Sarkisyan rejiminə olan mənfi münasibətinin motivləri haqqında düşünərkən qeyd olunan məsələlər əhəmiyyətlidir.

sia.az

Digər xəbərlər