PDF Oxu

Siyasət

  • 23

Novruz Məmmədov: "Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"

Novruz Məmmədov: "Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"

"Ulu Öndər Heydər Əliyevin yaratdığı Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb. "Azərbaycan üçün bu gün ən mühüm vəzifə suverenliyini və dinamik davamlı inkişafını indiyədək olduğu kimi qoruyub saxlamaqdır"- deyə, PA rəsmisi qeyd edib.Qeyd edək ki, bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

sia.az

Digər xəbərlər