"Müsavat partiyasının səmərəsiz addımlarının zərərli nəticələri və heç bir məntiqə, reallığa söykənməyən siyasi fəaliyyətlərinin ağrı-acıları hələ qabaqdadır. Bu gün Müsavatdakı istefalar, fraksiyaların yaradılması bu partiyanın nə qədər rüsvayçı bir günə düşdüyünü göstərir". Bu fikirləri SİA-ya açıqlamasında "Vəhdət" Partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev bildirib.Müsavatdakı istefalara münasibət bildirən V. Əfəndiyev qeyd edib ki, AXCP 2000-ci ilin heyfni Müsavatdan alacaq: "2000-ci ildə AXCP parçalananda Müsavat KXCP-ni partiya kimi tanıdı. Bu gün də Müsavat parçalanır. Müsavat parçalandıqdan sonra yaradılacaq qurumları da AXCP tanıyacaq. Bununla da partiyalar arasındakı düşmənçilik münasibəti daha da dərinləşəcək. Ümumiyyətlə, iyirmi ildən artıqdır ki, heç bir real iqtisadi proqamla çıxış etməyən, heç bir uğur qazanmayan, yalnız populist bəyanatlar verən bir partiyanın bu günə qədər mövcud olması da təəccüb doğurur. Lakin biz bilirik ki, heç bir sosial bazası, siyasi fəaliyyəti olmayan Müsavat partiyasını bu günə qədər az-çox dərəcədə ayaq üstündə saxlayan xarici havadarlarının çirkli pullarıdır. İndi Müsavatdakı biyabırçılıqlara çirkli pullar da kömək ola bilməyəcək".
sia.az