PDF Oxu

Siyasət

  • 20

MSK seminar-müşavirə keçirir

MSK seminar-müşavirə keçirir

Bu gün Mərkəzi Seçki Komissiyasında "Seçkilərlə bağlı müraciətlərin Dairə Seçki Komissiyaları nəzdindəki ekspert qrupu üzvləri tərəfindən araşdırılmasına həsr edilmiş seminar-müşavirə keçirilib. SİA-nın xəbərinə görə, bu tədbirin Konstitusiya gününə təsadüf etdiyini söyləyən N.Məmmədov, Ana qanunun üçdə birinin insan hüquqlarının təmin olunmasına həsr olunduğunu söyləyib: "Azərbaycan dövlətinin ən böyük uğuru, insan amilini öz siyasətinin ən yüksək məqamına çatdırmasıdır. Ölkəmizin əldə etdiyi uğurlara öz baxış bucağımız var".Seminarın məqsədi barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov vətəndaşların hüquqlarını pozan hərəkətlərdən və ya hərəkətsizlikdən, o cümlədən qərarlardan verilən müraciətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ətraflı, obyektiv araşdırılmasını təmin etməyin əsas məqsədlərdən olduğunu deyib: "Digər məqsəd isə şikayət və müraciətlərə baxılması prosesində şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır".

Sədr müavini bildirib ki, MSK və DSK nəzdindəki ekspert qrupları çox mühüm səlahiyyətlərə malikdirlər: "Bu qrupun əsas səlahiyyətləri hətta polisin səlahiyyətləri qədər böyükdür. Biz sizinlə birgə seçki hüququna ali hüquq kimi baxmağı müzakirə edəcəyik. Hələlik işğal olunmuş ərazilərdə dairə və məntəqə seçki komissiyalarının fəaliyyətini bərpa etmək mümkün deyil. Seçki hüquqlarının şamil olunduğu sahələrə diqqət göstərsək çox ciddi məqamların olduğunu görürük. Azərbaycanda 5 milyon seçici var. Bu seçicilər ölkədə tam hüquqla seçki prosesində iştirak edir və istədikləri şəxsə səs verirlər. Onların ehtimal olunan qanun pozuntuları ilə üzləşməmələri üçün bütün gücümüzlə fəaliyyət göstərmək və seçki komissyaları ilə onlar arasındakı əlaqəni daim təmin etmək lazımdır. Qanunlar o halda stabil olur ki, qarşılıqlı münasibətlər vaxtında təmin edilsin. Seçkilərin xarakterindən asılı olaraq namizədlər, müşahidəçilər, komissiya üzvləri təyin olunur".

Bu seçki prosesinə siyasi partiyaların da qoşulduğunu vurğulayan sədr müavini qeyd edib ki, bu DSK-ların qarşısına böyük məsuliyyətlər qoyur: "Xüsusilə də onların hüquqları məsələsində ciddi məqamlar ortaya çıxarır. Komissiyalarda seçki hüququnun pozulmaması və seçicilərin hüquqlarının təmin olunması sizin qarşınızda duran ən yüksək məqam olmalıdır. Bəzən cəmiyyətdə elə də güclü olmayan belə fikirlər səsləndirilir ki. hər hansı bir prosesdə şikayətlərin və narazılıqların olması mümkündür. Seçk prosesində hər hansı mübahisələrin olması mümkündür. Bz buna hüquqların mübahisələndirilməsi deyirik. Prosesində istənilən şikayətin olması təbiidir. Ancaq bu şikayəti hüquq pozuntusu kimi qələmə vermək düzgün deyil. İnsanların öz ehtimallarına əsaslanan şikayətləri düzgün qəbul edilməlidir".

Qeyd edək ki, tədbir çərçivəsində MSK üzvləri "Seçki hüquqlarının pozulması ilə əlaqədar müraciətlərin komissiya tərəfindən qəbul edilməsi, qeydə alınması və ekspert qrupu üzvlərinə çatdırılması", "Müraciət etmiş şəxsin araşdırma prosesinə dəvət olunması və iştirakının təmin olunması" və "Seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan verilən müraciətlərin (şikayətlərin) DSK nəzdindəki ekspertlər qrupu tərəfndən araşdırılmasına dair tələblər" mövzularında təqdimatlar olub.

sia.az

Digər xəbərlər