Gülağa Aslanlı: "Fraksiyanın yaradılmasına imkan verməyəcəyik"
"Yalnız Müsavat Partiyasının Ağcabədi rayon təşkilatında iddia edirlər ki, guya razılıqları olmadan onların adından rəhbərlik bəyanat verib". Bu fikirləri SİA-ya Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı bir sıra rayon təşkilatlarının rəhbərlik adından onların yerinə bəyanat qəbul etmələri iddialarına münasibətini bildirərkən deyib.Partiya rəsmisinin sözlərinə görə, onlar faktla danışmırlar: "Bu heç bir fakta söykənmir. Bu məsələ razılşadırılmış şəkildə yayılıb".Gülağa Aslanlı daha bir məqama toxunaraq deyib ki, ötən gün Ağcabədi rayon təşkilatının sədri adından danışan şəxs də həmin təşkilatın sədri deyil, sədr müavinidir: "Ağcabədi rayon təşkilatından bəyanat verən sədr deyil, o sədr müavinidir. Orada kiçik anlaşılmazlıq ola bilər".Müsavat başqanının müavini narazı müsavatçı funksioner Səxavət Əlisoyun Divana çağırılaraq ona cəza verilməsi ehtimalına da toxunub. Aslanlı bununla bağlı qeyd edib ki, o, Divan üzvü olmasa da Əlisoya hər hansı bir cəza verilməsinə inanmır: "Mən Divan üzvü deyiləm. Amma nə Səxavət bəyə, nə də onunla bir onlanlara heç bir cəza verilməsindən söhbəti gedə bilməz. Müzakirələr nəticəsində bəzi məsələlərə aydınlıq gətiriləcəyinə inanırıq".Gülağa Aslanlı fraksiya barədə də fikir bildirib. O, qeyd edib ki, bütün mənalarda hər hansı bir siyasi təşkilatın daxilində yaradılan fraksiya ziyanlı məsələdir: "Fraksiyanın yaradılmasına gəlincə bu hələ reallaşmayıb. Biz dəfələrlə bəyan etmişik ki, bu partiyanın Nizamnaməsinə zidd bir addımdır. Bu baxımdan da fraksiyanın yaradılmasına imkan verməyəcəyik".
sia.az