PDF Oxu

Siyasət

  • 16

YAP-ın seçki kampaniyası uğurla davam edir

YAP-ın seçki kampaniyası uğurla davam edir

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar respublikanın şəhər və rayonlarında yüksək seçki ab-havası müşahidə edilməkdədir. SİA-nın məlumatına görə, bu, özünü xüsusilə Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslərin imzatoplama kampaniyasında göstərir.Yeni Azərbaycan Partiyasının seçki kampaniyası uğurla davam edir. Nəzərdə tutulduğu kimi ölkə ərazisində fəaliyyət göstərən bütün bələdiyyələrə ümumulikdə 15 mindən çox Yeni Azərbaycan Partiyasının üzvü olan namizəd irəli sürülüb.YAP-ın sənədlərlə iş və statistika bölməsinin təlimçisi Gülnarə Akimova bildirib ki, hazırda hakim partiyanın qərargahında bələdiyyə seçkiləri ilə bağlı təşviqat materialları hazırlanır: "Yəni hər bir bələdiyyənin namizədlər üzrə plakatları hazırlanır. Namizədlərlə bağlı bizə rayon və şəhər təşkilatlarından məlumatlar və fotolalar ötürülür. Həmin məlumatlar isə YAP-ın qərargahında işlənilir, dizayn-tərtibat işləri görüldükdən sonra isə çapa verilərək hazır vəziyyətə gətirilir".Partiyanın seçki qərargahının və yerli orqanlarının ahəngdar fəaliyyəti nəticəsində irəli sürülmüş namizədlərin lehinə imzatoplama kampaniyası müvəffəqiyyətlə həyata keçirilməkdədir.YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq kampaniyasından danışarkən deyib ki, YAP tərəfindən ümumilikdə 15009 nəfər namizəd irəli sürülüb: "Həmin 15009 nəfərin 15 minə yaxını imza vərəqələri alıb. Bu namizədlər imza vərəqələrini doldurub müvafiq sənədlərlə (əmlakı, gəlirləri, mülkiyyəti barədə) DSK-ya təqdim olunmalıdır. Bugünkü günə qədər YAP tərəfindən Naxçıvan MR istisna olmaqla, Azərbaycan üzrə 13262 nəfərin namizədliyi irəli sürülüb. Naxçıvan MR-da isə müxtəlif bələdiyyələrə 1613 nəfər namizəd irəli sürmüşük. 14 mindən yuxarı namizəd imza vərəqələrini toplayıb artıq DSK-ya təqdim edib. 12 noyabra olan statistikaya əsasən YAP-ın irəli sürdüyü 4432 nəfər namizədlik statusu alıb. Onların bütün sənədləri təqdim olunub, yoxlanılıb və bələdiyyəyə namizəd kimi qeydiyyatdan keçərək, xüsusi lövhəciklərlə təmin olunublar. Təbii ki, bu proses davam edir. Biz nəzərdə tutmuşduq ki, bu günə qədər namizədlərin əksəriyyəti imzalarını toplayıb DSK-ya təqdim etsinlər".S. Novruzov bildirib ki, DSK 5 gün müddətinə bu məsələyə baxıb, onların qeydiyyata alınıb-alınmaması barədə müvafiq qərar çıxarmalıdır: "Bundan başqa biz həm MSK-ya, həm də dairə və məntəqə seçki komissiyalarına bir nəfər müşahidəçi və bir nəfər məşvərətçi səs hüququ üzvü təyin etmişik. Hazırda isə biz DSK və məntəqə seçki komissiyalarına bir nəfər məşvərətçi səs hüququ üzvü və bir nəfər müşahidəçi təyin edəcəyik. Artıq dekabrın 1-dən təbliğat-təşviqat kampaniyası başlayacaq. Bununla bağlı hakim partiya olaraq hazırlıq işlərimizi görürük. YAP bütün bələdiyyələrdə öz namizədlərinin vahid formada hazırlanmış plakatlarını çap etdirir. Hər bələdiyyədə eyni şəkildə, yəni bir-birindən fərqli olmayan YAP-ın plakatları olacaq. Bununla belə, biz ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları hazırlayırıq. Həmçinin yerlərdə görüşlərlə bağlı qanunvericiliyə müvafiq olaraq planlar nəzərdə tutulub".

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası irəli sürdüyü namizədlərin lehinə imzaların toplanmasını və dairə seçki komissiyalarına təhvil verilməsini qarşıdakı günlər ərzində yekunlaşdırmağı planlaşdırır.

sia.az

Digər xəbərlər