PDF Oxu

Siyasət

  • 32

NATO münaqişə tərəflərini təmkinli olmağa çağırır

NATO münaqişə tərəflərini təmkinli olmağa çağırır

NATO Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan SQ-nin hərbi vertolyotunu vurması barədə məlumatlardan narahatdır. SİA-nın xəbərinə görə, bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay "Facebook"-dakı səhifəsində yazıb."İnsidentin hansı şəraitdə baş verməsindən asılı olmayaraq, tərəflər təmkin nümayiş etdirməli və münaqişənin diplomatik yolla həllinə nail olmalıdırlar"- deyə, C.Appaturay qeyd edib. Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

sia.az

Digər xəbərlər