"Azərbaycanla Ermənistan arasında müharibə şəraiti mövcuddur. Azərbaycan haqlı olaraq düşmən ordusuna məxsus helikopteri zərərsizləşdirib. Düşmən tərəf aldığı bu zərbəyə cavab verməyə çalışacaq. Ermənistan tərəfindən hər bir təhlükə gözlənilir, onlardan gələcək hər hansı bir adekvat cavaba hazır olmaq lazımdır". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri (BQP), millət vəkli Fazil Mustafa bildirib.Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın ünvanına hədə-qorxu xarakterli, helikopterin vurulmasının guya Azərbaycan üçün ağrılı nəticələrə gətirib çıxaracağına dair bəyanatına münasibət bildirən F. Mustafa qeyd edib ki, cəbhə xəttində ermənilər mütəmadi olaraq müxtəlif təxribatlar həyata keçirirlər və bu təxribatları bizə qarşı işə salaraq dünyada özləri üçün yazıq görkəmi yaradırlar: "Lakin erməni təxribatları getdikcə öz təsirini itirməkdədir. Ermənilər Azərbaycana məxsus mövqelərə hücum edib, növbəti təxribat yaratmaq istəyiblər. Buna görə də silahlı qüvvələrimiz düşmənə cavab atəşi açmaqla, onlara məxsus helikopteri vurmaqla layiq olduqları cavabı verib. Düşmənin ehtimal oluna biləcək hər bir addımının qarşısını qabaqcadan almağa hazır olmalıyıq".
sia.az