PDF Oxu

Siyasət

  • 15

Cennifer Psaki: "Hərbi vertolyotun vurulması daha bir xatırlatmadır"

Cennifer Psaki: "Hərbi vertolyotun vurulması daha bir xatırlatmadır"

"Hərbi vertolyotun vurulması ilə bağlı insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır" SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki Azərbaycan SQ-nin Ermənistan hərbi vertolyotunu vurması barədə sualı cavablandırarkən deyib. "Sözügedən insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə, o cümlədən gərginliyin azaldılması və atəşkəs rejiminə əməl olunması məqsədilə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır"- deyə Psaki qeyd edibXatırladaq ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

sia.az

Digər xəbərlər