PDF Oxu

Siyasət

  • 22

Sevinc Fətəliyeva Strasburqda uşaq hüquqlarından danışdı

Sevinc Fətəliyeva Strasburqda uşaq hüquqlarından danışdı

13-14 noyabr tarixlərində Strasburqda Uşaq hüquqları strategiyasına dair Avropa Şurası ekspertlər komitəsinin I iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasda millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurası Parlament Assembleyasının Ümumi İşlər, Sağlamlıq və Davamlı İnkişaf üzrə Komitə üzvü Sevinc Fətəliyeva da iştirak edir. Tədbirdə 2012-2015-ci illər üçün Avropa Şurasının Uşaq hüquqları strategiyasının həyata keçirilməsinin vəziyyəti və növbəti strategiyanın hazırlıq işləri müzakirə olunur. Bugünkü iclasda SevincFətəliyeva Avropa Şurası Parlament Assembleyası tərəfindən Uşaqların hüquqlarının təbliği mövzusunda çıxış edib, mövzu ilə əlaqədar təqdimat nümayiş etdirib. Millət vəkili Parlament Assambleyasının bu sahədəki rolundan danışaraq, Uşaq hüquqları haqqında qəbul edilən son qətnamələr, uşaqların hüquqlarının qorunması ilə bağlı AŞ-nın yeni strategiyasına dair təkliflərini verib.

sia.az

Digər xəbərlər