PDF Oxu

Siyasət

  • 24

Səxavət Soltanlı: “Qubad İbadoğlunun Müsavata etdikləri ən böyük pislik kimi tarixə yazılacaq” İTTİHAM

Səxavət Soltanlı: “Qubad İbadoğlunun Müsavata etdikləri ən böyük pislik kimi tarixə yazılacaq” İTTİHAM

\r\n

\r\n

\r\n "Əminliklə deyirəm, Qubad İbadoğlu və bir neçə tərəfdarının etdikləri Müsavat Partiyasına, müsavatçılara və Azərbaycan xalqına qarşı edilmiş ən böyük pislik kimi tarixə yazılacaq!". SİA xəbər verir ki, sözügedən fikirləri Müsavat başqanının müavini Səxavət Soltanlı etirazçı qrupun rəhbəri Qubad İbadoğlunun "Yeni Müsavat" qəzetinə verdiyi tənqidi müsahibəsinə və həmin müsahibəsində siyasi təşkilatın rəhbərliyini müsavatçılıq ideologiyasına xəyanətdə ittiham etməsinə, repressiyaya məruz qalma iddialarına münasibət bildirərkən deyib.Müsavat rəsmisi bildirib ki, əslində sentyabrın 27-də keçirilən partiya qurultayında Qubad İbadoğluna səs verənlər indi verdikləri səslərə görə utandıqlarını partiya rəhbərliyinə etiraf edirlər: "Qubad bəy, sizə qurultayda səs verənlər belə sizə səs verdiklərinə görə utandıqlarını deyirlər! Siz nə tərəfdar-tərəfdar davası salmısınız?! Qurultayın tam demokratik keçirilməsini isə istənilən şəxsə sübut etməyə hazıram. Siz də bu debata hazırsınızsa, buyurun Qubad bəy, təşkil edin, lap elə müsahibə verdiyiniz \"Yeni Müsavat\" qəzetində də olsa, lap yaxşı. Buyurun bu məsələləri ictimaiyyət qarşısında açıq şəkildə danışaq, hər kəs həqiqətləri bilsin!"Səxavət Soltanlı daha öncə də Qubad İbadoğlunu debata çağırdığını xatırladaraq, qarşı tərəfin həmin debatdan qaçdığını deyib: "Baxmayaraq ki bir dəfə belə imkanımız olmuşdu, siz məni müzakirəyə dəvət etmişdiz, arqumentləriniz olmadığı üçün kobud şəkildə müzakirədən qaçmışdınız..."Qeyd edək ki, Qubad İbadoğlunun tərəfdarları olan narazı qrupda təmsil olunanlar – Səxavət Əlisoy, Vurğun Əyyub, Hikmət Hacızadə, Hüseyn Məlik, Qara Tofiq, Kamil Xəlilbəyli, Tural Abbaslı və bir çoxları sosial şəbəkədə və mətbuat vasitəsilə növbədənkənar qurultayın keçirilməsini, o cümlədən hazırkı başqan Arif Hacılının öz postunu tərk etməsini tələb edirlər.

\r\n

\r\n

\r\n

\r\n sia.az

\r\n

Digər xəbərlər