PDF Oxu

Siyasət

  • 45

XİN sözçüsü: “Biz mövqeyimizi əsaslı şəkildə izah etmişik”

XİN sözçüsü: “Biz mövqeyimizi əsaslı şəkildə izah etmişik”

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik missiyasının sülh prosesində iştirakı vacibdir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransınd çıxışı zamanı deyib.XİN rəsmisinin sözlərinə görə, bu sülh prosesinin yekun məqsədi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə doğru istiqamətlənib. Hesab edirəm ki, bunu da təmin etməlidir: "Bu, beynəlxalq hüquqdan BMT Nizamnaməsindən və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrdən irəli gələn öhdəlikdir. Onların "Böyük Sülh Sazişi" üzərində işləmələri üçün çağırış elan edilib. Rəsmi Bakı da dəfələrlə bildirib ki, Azərbaycan "Böyük Sülh Sazişi" üzərində işə başlamağa hazırdır. Təəssüf ki, Ermənistan tərəfindən yenə də müxtəlif bəhanələrə və təxribatçı əməllərə əl atılıb. Təbii ki, təmas xətində helikopterin vurulması ilə bağlı son məlum hadisələr də Ermənistanın növbəti təxribatçı əməllərindən biridir. Bu mənada da Azərbaycan tərəfi "Böyük Sülh Sazişi" üzərində işə başlamağın vacibliyini qeyd edir. Kimlərinsə nəsə deməsindən asılı olmayaraq, bu, bilavasitə Ermənsitan tərəfinə aiddir ki, onlar münaqişənin həllinə əngəllər yaratmağa çalışırlar".H. Hacıyev deyib ki, XİN-in həmsədrlərə göndərdiyi məktubda da bildirilmişdi ki, Ermənistana aid hərbi uçuş vasitələri Azərbaycanın hava məkanına daxil olduqda, bu, ərazi bütövlüyünə təcavüz kimi qəbul ediləcək və müvafiq tədbirlər görüləcək: "Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə aid hərbi helikopteri vurmaqla, həmsədrlər qarşısında üzərinə götürdüyü heç bir öhdəliyi pozmayıb. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsasında vasitəçiliyi Minsk qrupuna həvalə edib, danışıqlarda da, məhz bu prinsipləri əsas tutaraq iştirak edir. XİN-in 12 noyabr açıqlamasında da qeyd edilib ki, Fransa prezidenti Fransua Olland tərəflərə "Böyük Sülh Sazişi" üzərində işə başlamaq çağırışı etmişdi. Azərbaycan tərəfi də bildirib ki, "Böyük Sülh Sazişi"ni başlamağa hazırdır. Lakin Ermənistan münaqişənin həlli prosesinə mane olur. Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, lakin qarşı tərəfdən bu istiqamətdə heç bir səy görmürük. Azərbaycan öz hava məkanını 1993-cü ildən bağlı elan edib. Bu barədə İCAO-nun da xəbəri var. Biz mövqeyimizi əsaslı şəkildə izah etmişik və 12 noyabr tarixli bəyanatımızı ölkəmizdəki beynəlxalq təşkilatlara, nümayəndəliklərə də göndərmişik".

sia.az

Digər xəbərlər