PDF Oxu

Siyasət

  • 27

Mübariz Əhmədoğlu: “Nikolay Bordyujanın konkret mövqeyi olsaydı, KTMT-nin hörməti olardı”

Mübariz Əhmədoğlu: “Nikolay Bordyujanın konkret mövqeyi olsaydı, KTMT-nin hörməti olardı”

"Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja yerində olan şəxs olsaydı, Ermənistan bu quruma qarşı hörmətsizlik etməzdi". Bu fikirləri SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu KTMT-nin baş katibi Nikolay Bordyujanın noyabrın 12-də Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.Politoloq bildirib ki, Ermənistan üçün KTMT yalnız çətir rolunu oynayır: "Ermənistan özünə lazım olanda KTMT-yə müraciət edir. Ancaq bu təşkilatın tədbirlərində iştirak etmir və onun ümumi siyasətinə dəstək vermir. KTMT Ukrayna hadisələrindən sonra iki dəfə bəyan edib ki, NATO ilə əlaqələr dayandırılsın. Hər iki bəyanatda Ermənistanın xarici işlər və müdafiə nazirlikləri bildirib ki, KTMT-nin bu qərarına qoşulmayacaqlar. Yəni Ermənistan iki dəfə KTMT-nin NATO ilə əlaqələrini kəsməklə bağlı qərarını rədd edib. Birinci qərarda Ermənistan bildirdi ki, KTMT-nin qəbul etdiyi qərar yalnız Moskvadakı baş idarə üçündür və üzv dövlətlərə bunun aidiyyatı yoxdur".M.Əhmədoğlu qeyd edib ki, bu gün Ermənistan KTMT-ni rədd edərək NATO-nun arxasınca qaçır: "KTMT Ermənistan üçün ayaqaltı, hörmətsiz bir qurumdur. Ona görə də NATO ilə intensive əlaqələr saxlayır. Bu gün NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir, eyni zamanda elə şərait yaradır ki, Ermənistan onun arxasınca sürünsün. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Belçikada NATO Baş katibinin müavini Aleksandr Verşbou və NATO-da ABŞ qoşunlarının komandanı Filipp Bridlava ilə görüşdü. Təhlükəsizliyə regional və beynəlxalq təhdidlər kontekstində Ermənistan-NATO əməkdaşlıq məsələləri müzakirə edildi. Tərəflər əməkdaşlığın indiki səviyyəsini yüksək qiymətləndirdilər və inkişafın indiki uğurla inkişafına ümid etdilər. A.Verşbou Rusiyanı İŞİD-dən daha təhlükəli hesab edir. Ermənilər isə həmin NATO ilə oturub-durur. Buna səbəb isə Nikolay Bordyujanın yerində olmamasıdır. Əgər onun konkret mövqeyi olsaydı, KTMT-nin hörməti olardı. KTMT-ni Ermənistan kimi dövlət hesaba almırsa, deməli onu heç kim hesaba almır".Politoloq vurğulayıb ki, bu qurumun belə zəif olmasına səbəb onun başında Nikolay Bordyujanın durmasıdır: "Nikolay Bordyujanın səriştəsizliyidir ki, "Dağlıq Qarabağ"la Azərbaycan qoşunları kimi gic-gicə bəyanatlar verir. Haçandan "Dağlıq Qarabağ" müstəqil olub ki, onun qoşunu olsun?"

sia.az

Digər xəbərlər