PDF Oxu

Siyasət

  • 13

YAP Xaçmaz rayon təşkilatında seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur

YAP Xaçmaz rayon təşkilatında seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur

Nazim Ağayev: "Partiyanın Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, tərtib olunmuş plan üzrə işlərimizi davam etdiririk"

Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə olduğu kimi dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə də ciddi şəkildə hazırlaşır. Partiyanın tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Bu məqsədlə yerli təşkilatlarda fəal seçki qərargahları yaradılıb.YAP-ın Xaçmaz rayon təşkilatının və təşkilatın Seçki Qərargahının sədri Nazim Ağayev "SƏS" qəzetinə açıqlamasında bildirib ki, bələdiyyə seçkiləri kampaniyasına rəsmi start verildikdən sonra qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirir: "YAP-ın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq. İrəli sürülən namizədlərimiz əhali arasında tanınan, nüfuzlu, savadlı, bacarıqlı insanlardır. Onu da qeyd edim ki, ötən seçkilərdə olduğu kimi, yenə də namizədləri irəli sürərkən gənclərə və qadınlara da üstünlük vermişik. Bu da ondan irəli gəlir ki, ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirilməsi nəticəsində yüksək intellektli gənc nəsil yetişib. Belə olan halda istedadlı gənclərimiz təbii ki, öz bilik və bacarıqlarını ölkəmizin inkişafına sərf etməlidir. Bu baxımdan, biz belə gənclərimizi irəli çəkərək şəhərimizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməsini istəyirik. Eyni zamanda, qadınların ölkəmizin ictimai-siyasi həyatında rolu artmaqdadır. Bu proses Xaçmaz rayonunda da özünü göstərir. Məhz bütün bunları nəzərə alaraq bələdiyyələrə namizədlər irəli sürülərkən qadınlara da etimad göstərilib".N.Ağayev rayon təşkilatının 17 nəfərdən təşkil olunmuş Seçki Qərargahının bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşdığını bildirdi: "Rayon partiya təşkilatı özündə sayı 124 ilk partiya təşkilatını birləşdirir. 8288 partiya üzvündən 3738 nəfəri qadınlar, 2981 nəfəri isə gənclər təşkil edir: "Bu gün YAP Xaçmaz rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işlərinə uğurla start verib. Rayon təşkilatının qərargah üzvlərinin hər biri tapşırılan vəzifənin nədən ibarət olduğunu bilir. Qeyd edim ki, rayonun 45342 mindən çox seçicisi 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsinin 39 məntəqəsində və 56 saylı Xaçmaz kənd seçki dairələrinin 44 məntəqəsində 38 bələdiyyəyə üzrə seçiləcək 360 nəfər yerə Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinə uyğun olaraq hər bir yerə bir namizəd irəli sürülmüşdür".Rayon təşkilatının sədri, həmçinin bildirdi ki, YAP Xaçmaz rayon təşkilatı imza toplamaq kampaniyasını başa çatdırmış, qərargahın işçi qrupunun rəyindən sonra müvafiq zəruri seçki sənədləri ilə birgə dairə-seçki komissiyalarına təqdim edilibdir. YAP Xaçmaz rayon təşkilatı YAP fəallarının iştirakı ilə imzatoplama kampanıyasını qısa müddətdə başa çatdırıbdır.Göründüyü kimi, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar operativ və ciddi işlər aparmaqda davam edir. Sözsüz ki, həyata keçirilən bu işlər bir daha onu deməyə əsas verir ki, YAP-ın bu seçkiləri də qələbə ilə başa vuracağını indidən demək mümkündür.

R.HÜSEYNOVA

Digər xəbərlər