PDF Oxu

Siyasət

  • 23

YAP rəsmisi: “Xədicə İsmayılın ABŞ Konqresinə buraxılması şərəfsizlikdir” AÇIQLAMA

YAP rəsmisi: “Xədicə İsmayılın ABŞ Konqresinə buraxılması şərəfsizlikdir” AÇIQLAMA

"Hesab edirəm ki, Azərbaycanla bağlı ABŞ Konqresində keçiriləcək dinləmələrdə Xədicə İsmayılın əsas rejissor kimi təmsil olunması Konqres üçün biyabır hadisədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev noyabrın 19-da Azərbaycanla bağlı ABŞ Konqresində keçiriləcək dinləmələrdə Xədicə İsmayılın əsas rejissor kimi təmsil olunacağına münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, bu hal ABŞ Konqresinin siyasətə, əxlaqa, mənəviyyata münasibətinin göstəricisi olacaq: "Bu, təəccüb doğurmaqla bərabər, həm də çox təəssüf doğurur ki, ABŞ kimi bir dövlət özünü Xədicə İsmayılla eyni tərəziyə qoyub. Xədicə İsmayıl kimi insanların o Konqresə buraxılmasının özü bir şərəfsizlikdir. Çox təəssüf ki, ABŞ Konqresində erməni lobbisinə xidmət edən qüvvələr var ki, onlar Azərbaycana yol tapa bilirlər, X. İsmayıl kimi insanları ortaya çıxarıb, yetişdirirlər. Heç kimə sirr deyil ki, bu gün də onlardan Azərbaycana və yaxud digər ölkələrə qarşı istifadə edirlər. Amma hərhalda, bunun heç bir ictimai-siyasi ciddi əhəmiyyəti yoxdur. Ola bilsin ki, ABŞ-da X. İsmayılın kim olduğunu bilmirlər və bunun mahiyyətinə bələd deyillər. Bütün hallarda Azərbaycan cəmiyyəti bu məsələlərə çox ciddi fikir verməlidir".

sia.az

Digər xəbərlər