PDF Oxu

Siyasət

  • 31

Türkiyə səfiri Ermənistan helikopterinin vurulmasına münasibət bildirdi

Türkiyə səfiri Ermənistan helikopterinin vurulmasına münasibət bildirdi

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus hərbi helikopterin vurulması ilə bağlı fikirlərini açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlama verən səfir bildirib ki, son insident bir daha sübut etdi ki, münaqişənin mümkün qədər tez həll olunmalıdır."Hadisələrin necə cərəyan etdiyinə baxıla bilər. Bununla yanaşı problemin ozünün niyə hələ də davam etməsi məsələsi də araşdırılmalıdır. Əsas məsələ odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal altındadır? O ki qaldı Türkiyəyə, Türkiyə hər zaman Azərbaycanın yanındadır"- deyə, İsmayıl Alper Coşqun əlavə edib. Xatırladaq ki, noyabrın 12-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

sia.az

Digər xəbərlər