AÇIQLAMA
"Ön təmas xəttini pozan Ermənistana məxsus "Mİ-24" tipli hərbi helikopterin Azərbaycan ordusu tərəfindən vurulması bir daha göstərdi ki, işğalçı ölkənin bütün təxribatçı hərəkətlərinin qarşısı belə alınacaq". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.Politoloqun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin Azərbaycan ərazisində mövqelərimizin üzərində uçuş etməsi yolverilməz idi və düzgün olaraq da Azərbaycan tərəfindən bu addım atılıb: "Axı Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində nə qələt edirdilər? Beynəlxalq Qızıl Xaç Komitəsi isə bu cür hadisələrdə əsirlərin, cəsədlərin qaytarılması ilə məşğul olur. Mən deməzdim ki, BQXK Ermənistan tərəfinə böyük canfəşanlıq nümayiş etdirir. Çünki Azərbaycan tərəfi də bu cür hallarla qarşılaşdığı təqdirdə BQXK-na müraciət edir".Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
sia.az