PDF Oxu

Siyasət

  • 27

Arzu Nağıyev: “Qərb ancaq danışıqlara təsir edən amilləri düşünür”

Arzu Nağıyev: “Qərb ancaq danışıqlara təsir edən amilləri düşünür”

"Hər bir insan itkisi humanistlik baxımından pislənməlidir, lakin birtərəfli qaydada yox". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev beynəlxalq ictimaiyyətin Azərbaycan tərəfindən erməni helikopterinin vurulmasına ikili münasibət sərgiləməsini şərh edərkən deyib.Siyasi ekspert hesab edir ki, ATƏT-in Minsk qrupunu təmsil edən dövlətlərin nümayəndələri helikopterin vurulması məsələsinə öz mövqelərini nümayiş etdirməli idilər: "Təəssüf ki, Qərb ərazi bütövlüyünün bərpası, erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərimizi tərk etməsi haqqında deyil, ancaq və ancaq danışıqlara təsir edən amillər haqda düşünürlər. Məlumdur ki, vurulan helikopter Azərbaycan ərazisində vurulub. Hətta sual edən belə yoxdur ki, digər bir dövlətin hava qüvvələri suveren dövlətin hava məkanına niyə daxil olur və BMT, ümumiyyətlə dünya ictimaiyyəti tərəfindən qəbul edilmiş sərhədləri pozur? Hesab edirəm ki, bu Azərbaycanla bağlı məsələlərdə ikili yanaşma kimi qəbul edilə bilər".

sia.az

Digər xəbərlər