Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının gənclər birliyinin təşkilatçılığı ilə partiyanın yaradılmasının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov, Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev və partiyanın gənc fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Yasamal rayon gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev Azərbacan cəmiyyətində gənclərin rolundan danışıb. O, qeyd edib ki, bu gün Azərbaycanın sağlam gəncliyi YAP-ın sıralarındadır, bu gənclər bilik və bacarıqları ilə dövlətimizə xidmət edirlər: "Bu gün Azərbaycan gəncliyi dövlət idarəçiliyində təmsil olunurlar. Ölkəmizdə gənclər siyasəti sahəsində dünyada heç bir bənzəri olmayan layihlər həyata keçirilib".
YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov hakim partiyanın yarandığı gündən bu günə qədər keçdiyi yol haqqında məlumat verib. Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində özünün ən yüksək mərhələsinə çatmışdır: "Azərbaycan gəncləri xarici ölkələrdə təhsil alır, dünyada ölkəmizi layiqincə təmsil edir və dövlət idarəçiliyində mühüm rol oynayırlar. Eləcə də YAP üzvlərinin böyük faizini gənclər təşkil edir. O gənclər ki, onlar qanı və canı ilə dövlətimiziə, millətimizə xidmət yolunu özləri üçün əsas meyar seçmişlər".
Tədbirin sonunda ictimai-siyasi fəallığı ilə seçilən gənclərə diplomlar, fəxri fərmanlar tədqim olunub.
S.Feyruzov