"Müsavat Partiyasının qurultayında yeni başqanın seçilməsindən sonra narazılıqların pik həddə çatması, kütləvi istefaların baş verməsi gözlənilən idi. Arif Hacılının başqan seçiləcəyi qaçılmaz idi. İsa Qəmbər tərəfdarları, başqa namizədlərinin tərəfdarları bu seçimin qarşısını almaq üçün uzun illərlə çalışsalar da, buna nail ola bilmədilər".Bu fikirləri SİA-ya açıqlamsında "Vəhdət" partiyasının Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev bildirib.Müsavatda baş verən son olayları şərh edən V. Əfəndiyev qeyd edib ki, İsa Qəmbərin susqunluğu təəccüb doğurur: "Belə çıxır ki, İsa Qəmbər Müsavat partiyasını məqsədli şəkildə dağıdır. O gözəl bilirdi ki, Arif Hacılını başqan postuna gətirəndən sonra partiyada böyük narazılıqlar olacaq, hətta partiya dağılacaq. Belə də oldu. Bəs o bu addımı niyə atdı? Təbii ki, bu sualın cavabı çoxlarına bəllidir. İsa Qəmbər uzaqgörən siyasətçi deyil, onun hesab makinəsi ümumilikdə partiyanı darmadağın etdi".
sia.az