"Rusiya prezidenti Vladimir Putin hələ bəyan etmişdi ki, o, xarici legion yaratmaq istəyir". Bunu SİA-ya politoloq Vəfa Quluzadə Rusiya prezidenti Vladimir Putinin Türk-müsəlman ordusu yaratmasına və bunun arxasında dayanan məqamlara münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Putin üçün xarici legionun yaradılması çox əlverişli olardı: "Çünki Ukraynada döyüşməyə gedən rusların cəsədləri geri qayıdarkən bu, Rusiya cəmiyyətində böyük əks-səda və narazılıq yaradır. Putin döyüşə çeçenləri və dağıstanlıları göndərir. Əgər indidə onun könlündən döyüşə krım tatarlarını göndərmək keçirsə, bu insanların ölümü də ruslara heç bir mənfi təsir etməyəcək. Amma mən inanmıram ki, Krım tatarları bu fitvəya getsinlər. Çünki onlar öz iradəsi ilə gedib Rus orusunda xidmət etmək istəməzlər".V. Quluzadə hesab edir ki, V. Putin sözü gedən orduda pullu dəstələr yaratmaq fikrindədir: "Necə ki, indi Ukraynaya gedən rus əsgərləri yüngül yara üçün 60 min dollar, ağır yara üçün daha çox pul alırlar. Öləndə isə həmin şəxsin ailəsinə xeyli sayda pul verilir və s. Yəni, bu cür metodlar Rusiyada artıq istifadə olunur. Guya Krım tatarları Rusiyanın Ukraynaya qarşı əməliyyatlarını dəstəkləyir? Təbii ki, bütün bunların hamısı yalan və fitvadır. Bu sadalanlar imperiyanın iyrənc metodlarını göstərir. Çeçen xalqı Rusiya ilə müstəqilliyi uğrunda dünyada görünməmiş qəhrəmanlıqları nümayiş etdi. İndi isə onlardan pulla Ukraynaya döyüşçü göndərirlər. Bütün bu işlər insanda ikrah hissi doğurur".
sia.az