PDF Oxu

Siyasət

  • 28

Ombudsman seçkilərlə bağlı maarifləndirmə tədbirlərinə start verdi

Ombudsman seçkilərlə bağlı maarifləndirmə tədbirlərinə start verdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Mərkəzi Seçki Komissiyası ilə birgə bələdiyyə seçkiləri üzrə regional maarifləndirmə tədbirlərinə start verilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, ilk belə tədbir Şəkidə keçirilib Tədbirdə MSK-nın əməkdaşları, Şəki və regiondakı ətraf şəhər və rayonların – Qəbələ, Oğuz, Qax, İsmayıllı, Zaqatala, Balakən və Mingəçevir üzrə dairə və məntəqə seçki komissiyalarının, bələdiyyələrin nümayəndələri, KİV-in və icmaların təmsilçiləri iştirak ediblər.Şəki Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəfail Mənəfov tədbirin təşkilinə görə Ombudsmana və MSK-ya minnətdarlığını bildirib, bu aktual mövzuya həsr edilmiş tədbirin əhəmiyyətini vurğulayıb. O, qarşıdan gələn bələdiyyə seçkilərinin vacibliyini qeyd edərək, rayonda insan hüquqlarının, o cümlədən seçki hüquqlarının təmini ilə bağlı tədbirlər, seçki qanunvericiliyinə uyğun olaraq, seçkilərə hazırlıq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər barədə məlumat verib.Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Azərbaycan Respublikasında seçki hüququnun təmini sahəsində həyata keçirilən hüquqi islahatlar və ölkəmizin vətəndaşlarının bələdiyyə seçkiləri ilə bağlı hüquq və vəzifələri" mövzusunda məruzə ilə çıxış edib. O, ilk olaraq, 17 noyabr Milli Dirçəliş günü münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirib.Məruzəçi Azərbaycanın dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda getdiyini bildirib, ölkəmizin davamlı inkişaf tempinin onu dünya miqyasında aparıcı ölkələrdən birinə çevirdiyini vurğulayıb. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində hər bir şəhərdə, rayonda, bütün ölkə ərazisində geniş abadlıq-quruculuq işləri üçün imkanlar yaradıldığı, əhalinin rifahının yüksəldiyi diqqətə çatdırılıbQeyd olunub ki, sosial və iqtisadi inkişafla yanaşı, insan hüquqları sahəsində də geniş islahatlar aparılıb, Azərbaycan çoxsaylı beynəlxalq Konvensiyalara qoşulub, milli qanunvericilik, institutlaşma təkmilləşdirilmiş, ölkəmiz müstəqillik əldə etdikdən sonra insan hüquqlarının, o cümlədən seçki hüquqlarının müdafiəsi və təmini sahəsində də mühüm irəliləyişlər olub. Ölkədə artıq 12 ildir ki, fəaliyyət göstərən Ombudsman təsisatı insan hüquqları, o cümlədən seçki hüquqları sahəsində də maarifləndirmə işinə daim önəm verib. Bu istiqamətdə MSK ilə sıx əməkdaşlıq əlaqələri qurulub, seçki hüququ ilə bağlı birgə maarifləndirmə tədbirləri, treninq-seminarlar keçirilmiş, habelə polislə bu sahədə aparılmış davamlı hüquqi maarifləndirmə işi də səmərəli olub.Ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) 3.10-cu maddəsində seçki komissiyaları üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların davam etdirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.A.Səfixanlı bildirmişdir ki, qarşıdan gələn 23 dekabr -- Bələdiyyə seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir, seçmək və seçilmək hüquqları prioritet məsələdir, bu seçkilər xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malikdir. Bu seçkilərlə bağlı MSK tərəfindən plana uyğun olaraq, yerlərdə də silsilə hazırlıq tədbirlərinin keçirildiyi və nəzərdə tutulmuş tarixlər çərçivəsində namizədlərin irəli sürülməsi və onların qeydiyyatı istiqamətində işlərin davam etdirildiyi bildirilib.Qeyd olunmuşdur ki, ölkə Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilmiş, bu sənədə zəruri əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin 11 may 2005-ci il tarixli və 25 oktyabr 2005-ci il tarixli müvafiq sərəncamları mühüm əhəmiyyət kəsb edir, bu sərəncamların əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınıb və adı çəkilən sənədlərin təbliği zəruridir.Qeyd olunmuşdur ki, Müvəkkil və onun Aparatının əməkdaşları ötən dövrdə ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izləyib, bu istiqamətdə müəyyən təcrübə qazanılıb. Bildirilib ki, Ombudsman və əməkdaşları qarşıdakı seçki prosesində də ölkənin müxtəlif rayonlarında müşahidəçi qismində iştirak edəcəklər. Bununla yanaşı, bir qədər əvvəl təsisatda əməkdaşlar üçün treninq təşkil olunmuş, faydalı məlumatlar əldə edilib.MSK-nın nümayəndələri Faiq Bəşirov və İlkin Şahbazov çıxışlarında təmsil etdikləri qurumun fəaliyyəti, Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər haqqında məlumat veriblər.Müzakirələr zamanı region üzrə dairə və məntəqə seçki komissiyalarının üzvləri, bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər iştirakçılar çıxış edərək, bu sahədə regionda aparılan işlər, seçki qanunvericiliyinə uyğun olaraq seçkilərə hazırlıq, DSK və məntəqə seçki komissiyalarının, habelə bələdiyyələrin fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti barədə məlumat verib, həmçinin seçki hüquqları sahəsində maariflənmənin vacibliyini qeyd ediblər.Tədbir səmərəli fikir mübadiləsi şəraitində başa çatıb.

sia.az

Digər xəbərlər