"Heç kimə sirr deyil ki, əgər aksiyalar daha kütləvi xarakter alsa, o rejim də mütləq şəkildə məhvə məhkum olacaq". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov Ermənistanda keçirilən kütləvi aksiyaların Serj Sarkisyan rejiminin sonu olacağına dair səslənən fikirlərə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, əgər biz nəzər salsaq görərik ki, Suriya və Liviyada aksiyalar necə mütəşəkkil qaydada kütləviliyi qorumaq şərtilə təşkil olunmuşdu və sonda da hər iki dövlətin rejimi iflasa uğradı: "Şübühəsiz ki, bu hal Ermənistanda da mütəmadi xarakter daşıyarsa rejim mütləq şəkildə iflasa uğrayacaq. Hesab edirəm ki, artıq işğalçı ölkədə davam edən kütləvi aksiyalar Serj Sarkisyan rejiminin siyasi elitasına ciddi çağırış kimi dəyərləndirilməlidir".A. Əhmədov hesab edir ki, Ermənistanda kütləvi aksiyalar bundan sonra da davam edəcək: "Artıq 2008-ci ildə olduğu kimi, 2015-ci ildə dünyada növbəti dəfə iqtisadi böhranın baş verməsi gözlənilir. Bununla bağlı hətta Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, eləcə də İngiltərə baş naziri Devid Kemeronun xalqa müraciəti də olub. Heç şübhəsiz ki, bu iqtisadi böhranın Ermənistana da təsiri ola bilər".
sia.az