PDF Oxu

Siyasət

  • 20

Fərəc Quliyev: “Neft gəlirləri ərazilərimizin azad olunması üçün savaşa sərf olunmalıdır”

Fərəc Quliyev: “Neft gəlirləri ərazilərimizin azad olunması üçün savaşa sərf olunmalıdır”

"İqtisadi saldonu yüksəltmək üçün idxal-ixracın səviyyəsini yüksəltmək lazımdır". SİA-nın məlumatına görə, bunu millət vəkili Fərəc Quliyev, parlamentdə "Azərbaycan Respubklikasının 2015-ci ilin dövlət büdcəsi" haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin 80 ABŞ dollarına qədər düşməsi ilə əlaqədar dövlət büdcəsinə nələrinsə əlavə edilməsi riskli olar: "Həmçinin neftin büdcədəki qiymətinin 90 dollar götürülməsi də riskli addımdır. Xüsusilə də rus rublunun son dövrlərdə daha da aşağı düşməsini nəzərə alaraq, neft gəlirlərinin rublla hesablanmasını dayandırmaq lazımdır. Ümumiyyətlə, büdcənin neftdən asılı olması bizi narahat etməlidir".Bununla bağlı rubla siyasətdə də korrektələrin edilməsini təklif edən deputat, gəlirlərin xərclənməsinə həssas yanaşmağı vacib sayıb."Neft gəlirləri ya ərazilərimizin azad olunması üçün savaşa, ya da azad olunarsa, ordakı bərpa işlərinə sərf olunmalıdır" - deyən F. Quliyev, kölgə iqtisadiyyatının aradan qaldırılmasının vacibliyini qeyd edib.Milli Məclisin ehtiyat fondunun yaradılmasını təklif edən F. Quliyev bu istiqamətdə addım atmaq üçün Nazirlər Kabinetinə müraciət edib: "Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməli və gəncliyin inkişafına, işsizlik, evsizlik probleminin həllinə sərf olunmalıdır".F. Quliyev bildirib ki, Dövlət Neft Fondunun vəsaitlərinin bir hissəsi Azərbaycana gətirilməli və gənclər siyasətinin tətbiqi üçün sərf olunmalıdır: "Bakıda və rayonlarda gənclər üçün şəhərciklər tikilməi və onlar mənzillərlə təmin olunmalıdırlar".Müəllimlərin əmək haqqının artırılmasını təklif edən deputat, Gürcüstanda yaşayan soydaşlarımızın kadrlarla təmin olunmasının vacibliyini də xüsusi vurğulayıb. 2015-ci ilin türklərə qarşı soyqırımın 100 illiyinin qeyd olunacağını deyən millət vəkili, hökuməti bununla bağlı ciddi fəaliyyətə çağırıb.

sia.az

Digər xəbərlər